525.Az

Oralarda kimlər var: Orxan Aras


 

Oralarda kimlər var: Orxan Aras<b style="color:red"></b>

ORXAN ARAS A-dan Z- (1)

Müsahibədə yazarın üslubuna toxunulmayıb,sadəcə bəzi sözlər bizim türkcəyə uyğunlaşdırılıb.
 

ÜVERTURA

Bu fikirdə bir yanlışım olursa, məni bağışlasınlar: məncə dünya ədəbiyyatının çox böyük bir bölümünü QÜRBƏT YA BİZİMCƏ MÜHACİR ƏDƏBİYYAT deyə bir ab-hava, bir moral,bir ovqat yaşamaqdadır hətta türk şeirində türk ədəbiyyatında QÜRBƏTÇİLƏR deyə bir yaradıcı qurum, cərəyan  da olmuşdur.Təbii ki, QÜRBƏT anlamında bir həqiqi ağrılı qürbət bir ədəbi yaradıcıların içində yaratdığı bir QÜRBƏT anlayşı var.Məsələn : poetik desək Salyandan Bakıya gələn hər bir yaradıcı da, bəzən Bakını özünə qürbət kimi görə bilər.Amma bu qürbət təbii ki, Türk ədəbiyyatındakı QÜRBƏTÇİLƏRİN qürbətidir, əsl anlamda desək, Qarsdan baş götürüb Almaniyaya gedən bir yazarın bir insanın qürbət halinə oxşar. İkincilər daha dərin daha acıvericidir.Bu anlamda Orxan Aras daha acı, iki qat bir qürbət içindədir: Orxan Arasdədə yurdum Azərbaycandır” - deyir, Qarsa yerləşsələr , bir zamanlar  oranı da qürbət kimi görüb o qürbətdən daha dərin olan bir qürbətə Almaniyaya üz tutub,yüzlərlə, minlərlə türk qürbətçisindən fərqli olan bəlkə onlardan biri olaraq tamam başqa bir  dadda həyat yaşayır .Almaniyada da Azəraycan sevdasından əl çəkmir bu dərdin ucbatından da iki kitab yazır həmin mövzuda : AZƏRBAYCAN DAVAMIZ QARABAĞ MÜBARİZƏMİZ.Təbii ki, indicə oxuyacağınız sorğuda bəlkə Azərbaycan teması ilə bərabər, iki qürbət çəkən bir insanın dərdli ürəyinin səsini eşitmək bu ağrını daşıyan ürəyin tabına dözməyin zorluluğu var. 

 

 

-Azərbaycanla ilk tanışlığınız : Azərbaycan sözünü zaman eşitmisiz azəri, azərbaycanlı, azərbaycançılıq,  azəri türkü  terminlərinə qarşı münasibətiniz?

-Dünyaya gözlərimi açar-açmaz anam mənə Azərbaycan laylaları oxumuş.Mahnılar, dəstanlar, nağıllar ürəyimi minbir rəngə boyamış. İllər sonra AlmaniyadaAyrılığın Rəngi Hüzünkitabım çıxdığında türk alman oxucuların ən çox soruşduqları şey, dilimdən səhifələrə tökülən o mahnıların, nağılların, laylayların rənglərin hardan gəldiyi idi. O rənglər Azərbaycanın rəngiydi.

Bilirsiniz bizim iğdır bölgəsində yaşayanlar insanların çoxu Azərbaycan türkləridir.Mənim doğulduğum köyün adı Quzugüdəndir. Türk tarixçisi Pof. Dr. Faruk Sümərə görə Quzugüdənlilər Oğuzların Bozoq qolunun Bayat boyuna mənsubdurlar 1570-ci illərdə Azərbaycandan Anadoluya köç etmişlər.Bir qısmı İğdırda , bir qısmı da Ankara Kayseri tərəfində yaşamaqdadırlar. Anadoludakı Quzugüdənlilərin təxminən sayı 250 mindir.

Quzugüdən köyü sizin Salyanın bir köyü kimiydə Azərbaycandakı bütün nağıllar, mahnılar, dastanlar  olduğu kimi eynən bizdə danışılır eşidilirdi.Köydəki yaşlıların Quzey Azərbaycanda akrabaları vardı bizlər hey ayrılıq mahnıları həsrət üçün tökülən gözyaşları arasından böyüdük.

Oxuduğum müəllim məktəbində məni hərkəs bir Azərbaycan türkü olaraq tanıyırdı mən bundan qurur duyardım, sanki özümü Füzulinin gerçək varisi olaraq görürdüm.Məktəbdə zaman şeir gecələri olsa mənə, “ Azərbaycanlı, qalx, şeir oxu !”- deyərlərdi.Qalxar, Azərbaycan ləhcəsində şeirlər oxuyardım. Şeirlər Əlmas Yıldırım vəya Ahmet Cevattan olurdu.Onlarla bağlı kitabları sanki müqəddəs kitablarmış kimi saxlardıq.

Böyüdükçə Azərbaycanla bağlı kitablar əlimə keçdi bu barəd bilgilərimi daha da artırdım.Türkiyədə yazıq ki, kiril əlfabasını oxuya bilmirdim.15 yaşındaydım kiril əlifbasını  öyrənmək istədim.İğdırda Zeynalabidin Makas adında bir ədəbiyyatçı vardı.Kiril əlfbasını öyrənmək üçün günlərcə onu gizlin-gizlin təqib etdim bir gün utana-utana yanına gedib kiril əlifbasını öyrənmək istədiyimi söylədim. Məni evinə götürdü. İlk dəfə tarı onun evində gördüm.Mənə kiril əlifbasını öyrətdi bir kitab verdi.Kitab Fərman Kərimzadə adında bir yazıçınınQarlı Aşırımromanıydı.Romanı Muallim məktəbinə götürdüm. Axşamları yataqxanədə arkadaşlarla toplanır, kitabı oxuyardıq.Daha doğrusu, mən oxuyardım onlar da dinləyərdilər.Kitabın bir yerində Kərbəlayı İsmail hamilə gəlinini götürür düşmanına əmanət edər. O bölümü oxuyarkən hamımız çocuklar kimi hönkür-hönkür ağlamışdıq. Atalarımızda olan mərtlik, dürüstlük, namus cəsarət bizi çox etkiləmişdi.Bax Türklük budur, demişdik. Zaman keçdikcə Ankarada mərhum Rəsulzadənin qurduğu Azərbaycan dərnəyi onların üç ayda bir çıxardıqları dərgi ilə tanış olduq.O dərgi bizim üçün ayrı bir məktəb oldu. Bütün Azərbaycan klassiklərini gerçək qəhrəmanlarını o dərgidən öyrəndik.

 Daha sonralar yeniyetmə ikən Nəbi Xəzri Bahtiyar Vahapzadəyə məktublar yazmış cavablarını almışdım. O məktubları hələ saxlayıram.

İkinci sualın   cəvabına gəlincə...Birisi özünə Azərbaycanlıyam deyərkən özünü daha yaxşı ifadə edir bundan mutlu olursa deyə bilərəm ki? Məncə, atalar demiş, 'Su axar yatağını  bulur  gələcəkdə bütün terminlr yerli-yerinə oturacaq Azərbaycan türkləri özlərini daha yaxşı ifadə edəcəklər..

Milli kimlik formalaşması o qədər asan olmur.Bildiyiniz kimi hələ Türkiyədə kimlik problemi var.Azərbaycan yüzildən çox başqa bir millətin hakimiyyəti altında yaşadı.Bu durum təbii olaraq onun ruhunda dərin izlər buraxdı. Bu izləri silmək heç asan bir şey deyil.Amma zaman keçdikcə insanlar kim olduqlarını öyrənəcəklər.Bunu heç bir qüvvə əngəlləyə bilməz.

Didərginlərisimli bir kitab oxumuşdum. Orda Ermənistanda yaşayan biri belə bir əhvalat yazmışdı.Deyir, biz erməni çocuklarıyla oynar-gülərdik.24 apreldə onlar bizimlə oynamağa gəlməzlərdi.( Cəhənnəmə gəlsinlər !!!!!!!!!!! Tofiq Abdin).  Bir gün dostlarımdan birindən sordum, dedi ki, atam dedi onlar türkdürlər bizləri qırmışlar onlarla oynama... ( BELƏ BİR OLAY MƏNİM BAŞIMA GƏLMİŞ.SOVET DÖVRÜNDƏ YURMOLADA AİLƏVİ DİNCƏLƏRKƏN  MƏNİMLƏ QONŞU OLAN BİR ERMƏNİ YAZARIN UŞAQLARI EYNƏN DEMİŞDİLƏR : ATAMIZ DEYİR ONLAR TÜRKLƏRDİR, ONLARLA OYNAMAYIN.BƏLKƏ ORXAN BƏY BUNU MƏNDƏN EŞİTMİŞ,HEÇ OXUMAMIŞ.) Mən həmən atamın yanına getdim soruşdum, dedim ata Türklər kimlərdir? Atam dedi ki, bax o Ağrı dağının ardındakı xalq türklərdir.Düşünün, düşman sənin kim olduğunu bilir, amma sən özünün kim olduğunu bilmirsən.Bu necə böyük bir faciədir.Amma şükür ki, indi gənclərin çoxu kim olduqlarının fərqindədirlər.

-Danmayaq ki, sizin 90- illərdə buralara gəlmənizlə, indiki zamanda gəlişinizdə ayrı bir dad var. məncə sizdə get-gedə sıradan bir dost sıradan Almaniyada yaşayan türk olaraq baxılırsınız.

Bunu necə dəyərləndirirsiniz ?

Təbii ki, doxsanıncı illərdə fərqli bir həyəcan, fərqli bir duyğu vardı.Hər şeydən öncə milli məsələ vardı.1990- ildə, daha Sovyetlər Birliyi dağılmadan Bakıya gəlişimdə yol boyu ağlamışdım.Burda mənim ana dilim danışılırdı doğuşdan biz bu yurdun həsrətini çəkmişdik.Bakıda nəfəs almaq, Xəzərin sahilində üfüqə baxmaq mənim üçün müqəddəsdən müqəddəs idi.Tofiq abi,o vaxtlar dilimdə Əhməd Cavadın bir şeiri əzbərdi:

Yaxında didarın nəsib olmasa

Ümitsizlik məni düşürməz yasa

Alaraq əlimə dəmirdən asa

Bir gün hüzuruna gələcəyim mən!

Mən 1990- ildə Bakı Hava limanına enərkən bu şeiri mızıldanırdım ağlayırdım. “Ustad Ahməd Cevad, gəldim huzura, məzarında rahat uyu,-dedim.Gəncəcik bir çocukdum, amma gözümdə qorxu yoxdu.Ürəyimdəki min illik həsrətlə gəlmişdim buraya. Burdakı insanlar da həsrət içindəydilər, yaralıydılar.Heç tanımayanlar belə məni qucaqlayır, ağlayır, səmimiyyətlə evlərinə dəvət edirdilər.

İndi təbii ki, zaman dəyişdi,əksikliklərə rağmən şükür ki, azad bir dəvlətimiz var.İnsanların artıq fərqli dərdləri, fərqli baxışları, fərqli fikirləri var.Orxan Arasın artıq 1990- ildə  gələn Orxan Aras olaraq görülməməsini normal sayıram.Amma mən bir dəfə görüşdüyüm insanların xatirələrini ürəyimdə saxlaram əsla unutmam.Rüstəm Behrudi ilə 1990- ildə bir dəfə görüşmüşdüm hələ onu dostum olaraq qəbul edirəm.

  

ORXAN ARAS MONOLOQU:

 

Hər tanıtımda bir yanlışlığın olması təbiidir( yanılğı)  əslində. Məncə nəyə, haraya necə baxdığımız önəmlidir. Əgər tanıda bilmək deyilirsə o zaman belə deyim:Ucsuz-bucaqsız kimi görünən, hər köşəsində ayrı bir dad, ayrı bir rəng, ayrı bir gözəllik olan Anadolumuzun ən ucqar guşələrindən birində Qarsda dünyaya gəlmişəm. Doğulduğumda qışın ən azğın çağıydı.Anamın ağlında sadəcə sancılar çöldə dayanmadan yağan qar fırtınası vardı. Hansı ilin, hansı ayında ya günündə doğulduğum o fırtınaların küləyində sovrulub getmiş.İlk uşaqlıq, ilk həyəcan, ilk qorxu... Yoxsulluq, isə ayrı bir dərd... Tavanından qamışlar tökülən bir otaqlı, kərpicdən bir evin darlığında yaşamaq  çabası... Çevrəsi uca dağlarla çevrili, torpaqları bərəkətli bir obanın min bir çeşid rəngləri anamın tərifsiz şəfqətiylə ruhuma işləmiş... Sonra ağılarHeç bitməyən göz yaşları, acizlik, çarəsizlik üsyan... Dalbadal doğulub ölən uşaqlar... Mən ninnilərdən ( laylaradan) çox ağıların ürək yaxan hayqırışları içində böyümüşəm. Bütün bunlar uşaq ruhumu elə dağlamış ki, özümü tanıyar-tanımaz evdən qaçdım. Hələ 8-10 yaşlarındaykən belə bütün günümü bağ-bağçada ağaclar altında keçirirdim. Məktəb illəri yuxu kimi... Bəlkə beş yaşındaydım məktəbə getdiyimdə. Oxumaq həvəsim hədsiz idi.Bəlkə bu üzdən məktəb illərimin beş ilini beş ulduzla bitirdim.Bu  bir başarıydı mənim üçün. Orta məktəb illərim  isə yalnızlıq şəhərin hayküyü ilə doluydu. Təsadüfən girdiyim Öyrətmən Okulunu ( Müəllimlik Məktəbini) bitirdikdən bir neçə il sonra, Almaniyaya gəldim. Sanki içimdə bir inqilabın baş verdiyini anladım. Fərqli bir aləmdə, çox fərqli şərtlər... Bəzən baş götürüb geriyə dönmək istədim, amma  zamanla diş-dişə, göz-gözə mücadilə etmək vardı içimdə. Oxumaq əlacım oldu. İllər keçdi, hələ burdayam mübarizəm davam edir.

Dünyanı, insanları, çevrəni, özümü tanıdığımdan bəri bir şeylər qaralayıb dururdum. İlk yazı təcrübələrim şeirlərdi. Kasıblığın, acıların içindən çıxan bir uşağın yazacağı şeirlər , təbii ki, kədər doluydu. O duyğuların altında yazılan şeirlər bəsit olmasına baxamayaraq onları hələ qoruyub saxlayıram. İlk çıxan kitabımQarabağın Gözyaşlarıda bir şeir kitabıydı. Sonra hekayə romana yazmağa başladım.Amma şeiri atmadım. 2002-ci ildə Boyut yayınlarında ( nəşriyyatında) “Aşklar daha ölmədiadlı daha  bir şeir kitabım yayımlandı. Amma roman, hekayə bioqrafik mövzularda daha uğurlu, daha emosional, daha duyğusal olduğumu düşünürəm. “Azərbaycan davamız”, “Ayrılığın rəngi hüzünadlı iki kitabım çap olunmuşdur.

(HƏR İKİ HİSSƏ  DAVAM EDƏCƏK)

abdin[email protected]

tofigabdin.com

 





21.10.2012    çap et  çap et