“Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir”.
Bu sözləri 525.az-a Xarici Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, paytaxt Brüsseldə baş verən hadisələrlə əlaqədar konsulluq dəstəyinə ehtiyac duyan Azərbaycan vətəndaşları səfirliyə müraciət edə bilərlər:
“Zaventem hava limanında partlayış baş verən zaman ərazidə uçuş reysini gözləyən bir nəfər Azərbaycan vətəndaşı olub. Xoşbəxtlikdən həmin şəxs zərər çəkməyib, sağ-salamatdır. Səfirlik onunla təmasdadır”.