525.Az

Əlillər təkrar müayinə olunacaqlar? - Rəsmi açıqlama


 

Əlillər təkrar müayinə olunacaqlar? - <b style="color:red">Rəsmi açıqlama </b>

“Əlillərin təkrar müayinəyə cəlb olunması ilə bağlı məlumatlar tamamilə yanlışdır".

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  (ƏƏSMN) Sosial təminat şöbəsinin müdiri Babək Hüseynov deyib.

O bildirib ki, yeni qəbul olunmuş qaydalara əsasən, əlillər 5 ildən bir müayinə cəlb edilirlər: “Əgər iki müayinədən sonra xəstəliyində irəliləyiş yoxdursa, artıq müddətsiz olaraq əlillik statusu alır. Əlil o zaman müayinə çağırış alır ki, vəziyyətində ağırlaşma olsun. Bu da ona görədir ki, əlillik dərəcəsi dəyişsin".

Qeyd edək ki, DOST Agentliyində baş tutan mətbuat konfransında nazirlik tərəfindən daha 4 sosial təminat növü üzrə elektron təyinat sisteminin və 4 e-arayış növünün təqdimatı olub.

 





18.12.2019    çap et  çap et