525.Az

"İxracatçılara dəstək" layihəsi həyata keçiriləcək


 

"İxracatçılara dəstək" layihəsi həyata keçiriləcək<b style="color:red"></b>

Azərbaycanda "İxracatçılara dəstək" layihəsi həyata keçiriləcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, layihə Qida Təhlükəsizliyi Agentliyi, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi, "Aqrar Tədarük və Təchizat" ASC, Aqrar Kredit və İnkişaf Agentliyi və USAİD-in birgə təşkilatçılığı ilə icra olunacaq.

Aqrar və qida sahəsində fəaliyyət göstərən ixracatçılar üçün 2020-ci ilin yeni dəstək konsepsiyası barədə ətraflı məlumat dekabrın 25-i veriləcək. Bununla bağlı təşkil olunacaq tədbir çərçivəsində ixracatçıların yeniliklərə dair sualları cavablandırılaraq fikir mübadiləsi aparılacaq.

 





19.12.2019    çap et  çap et