525.Az

Dekabrın 24-də Beynəlxalq ASAN Assosiasiyasının iclası keçiriləcək


 

Dekabrın 24-də Beynəlxalq ASAN Assosiasiyasının iclası keçiriləcək<b style="color:red"></b>

Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılan BMT-nin dövlət xidmətləri göstərən qurumlarının Beynəlxalq ASAN Assosiasiyasının iclası dekabrın 24-də keçiriləcək.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, bu iclasda Assosiasiyanın nizamnaməsi təsdiqlənəcək:

"Beləliklə, "ASAN xidmət" öz konseptini ixrac etmək üçün daha bir platforma əldə edəcək. Bu Assosiasiya imkanları hesabına daha çox ölkəyə "ASAN xidmət"i  ixrac edə bilərik. Hazırda 8 ölkədə "ASAN xidmət" konseptinin implementasiyası işləri gedir. Artıq bu ölkələrdən biri olan Əfqanıstanda işlər bitib və orada "ASAN xidmət" fəaliyyətə başlayıb”.

 





19.12.2019    çap et  çap et