525.Az

Xoşbəxt Yusifzadənin 90 illik yubileyi qeyd ediləcək


 

Xoşbəxt Yusifzadənin 90 illik yubileyi qeyd ediləcək<b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 





19.12.2019    çap et  çap et