525.Az

Nizaməddin Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi


 

Nizaməddin Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi<b style="color:red"></b>

Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar. Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, bu ilin aprel ayında N. Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 





20.12.2019    çap et  çap et