525.Az

"Brüsseldə partlayış zamanı orada bir nəfər Azərbaycan vətəndaşı olub"


 

"Brüsseldə partlayış zamanı orada bir nəfər Azərbaycan vətəndaşı olub"<b style="color:red"></b> “Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir”.
 
Bu sözləri 525.az-a Xarici Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
 
Onun sözlərinə görə, paytaxt Brüsseldə baş verən hadisələrlə əlaqədar konsulluq dəstəyinə ehtiyac duyan Azərbaycan vətəndaşları səfirliyə müraciət edə bilərlər:

“Zaventem hava limanında partlayış baş verən zaman ərazidə uçuş reysini gözləyən bir nəfər Azərbaycan vətəndaşı olub. Xoşbəxtlikdən həmin şəxs zərər çəkməyib, sağ-salamatdır. Səfirlik onunla təmasdadır”.
 





22.03.2016    çap et  çap et