525.Az

Avropalı diplomatlar Taksimdə bir arada


 

Avropalı diplomatlar Taksimdə bir arada<b style="color:red"></b>

Martın 22 –də ABŞ, Belçika və İsrailin İstanbuldakı baş konsulları, Ədalət və İnkişaf Partiyasının məsul əməkdaşları, İstanbulun bəzi rayonlarının bələdiyyə sədrləri də daxil olmaqla bir qrup rəsmi şəxs terrora qarşı etiraz əlaməti olaraq yürüş keçiriblər.

Yürüşçülər martın 19-da Taksim meydanında 4 nəfərin ölümü, 39 nəfərin yaralanması ilə nəticələnən qanlı terror aktının törədildiyi yerə gül dəstələri qoyublar.

Sonra yürüşçülər Belçikanın İstanbuldakı baş konsulluğunun inzibati binasının qarşısına doğru hərəkət edərək martın 22-də Brüsseldə törədilən qanlı terrora qarşı həmrəyliklərini nümayiş etdiriblər.

Yürüşdə iştirak edən baş konsulların yaydıqları yazılı açıqlamalarda terrora qarşı birgə mübarizənin vacibliyi vurğulanıb.

AzərTAc

 





23.03.2016    çap et  çap et