525.Az

Gürcüstanda yeni Azərbaycandilli orta məktəbin açılışı oldu


 

Gürcüstanda yeni Azərbaycandilli orta məktəbin açılışı oldu<b style="color:red"></b> Martın 22-də azərbaycanlıların kompakt yaşadığı Saqareco (Qaraçöp mahalı) rayonunda Yor Muğanlı orta məktəbinin açılışı olub.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, açılış mərasimində Gürcüstanın təhsil və elm naziri Tamar Sanikidze, Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev,  Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirinin müşaviri Zaur Darğallı və digər rəsmi şəxslər iştirak edib.
 
Yor Muğanlı orta məktəbinin müəllimi İsmixan Məmmədovun APA-ya verdiyi məlumata görə,  yeni  məktəb müasir standartlara cavab verir: "Məktəbdə 12 sinif otağı var. Siniflər yeni parta və yazı lövhələri ilə,  kompüterlərlə təmin olunub, istilik sistemi quraşdırılıb.  Məktəbdə 60- dək müəllim 1200 şagirdə dərs deyir. Əvvəllər məktəb kirayə tutulmuş şəxsi evlərdə fəaliyyət göstərirdi. Yeni istifadəyə verilən məktəbdə Yor Muğanlı və Keşəli kəndlərindən gələn şagirdlər təhsil alır".
 
Qeyd edək ki, azərbaycanlıların kompakt yaşadığı Yor Muğanlı və Keşəli kəndlərində 1000-dən çox ailə yaşayır.
 





24.03.2016    çap et  çap et