525.Az

"​Volkswagen" 117 min Passat markalı avtomobilini geri çağırdı


 

"​Volkswagen" 117 min Passat markalı avtomobilini geri çağırdı<b style="color:red"></b> "Volkswagen" şirkəti 117 min avtomobilini geri çağırıb.

"Report"un məlumatına görə, buna səbəb 2014 və 2015-ci il buraxılışlı "Passat" markalı avtomobillərin mərkəzi elektron sistemində xəta olmasıdır.

Mərkəzi elektron sistemində olan xəta nəticəsində avtomobilin mühərriki dayana və əyləc sistemində problem yarana bilər.

Bundan başqa şirkətin tərkibində olan "Skoda Superb" markalı 25 min avtomobildə də eyni problem yaşanır.

Həmin avtomobillərin sahiblərinə məktub yazılaraq servis mərkəzlərinə müraciət etmələri bildiriləcək.
 





24.03.2016    çap et  çap et