525.Az

"BakuBus" daha bir marşrut xəttinin istiqamətini dəyişdi


 

"BakuBus" daha bir marşrut xəttinin istiqamətini dəyişdi<b style="color:red"></b> "BakuBus" MMC 3 nömrəli marşrut xəttinin istiqamətində dəyişiklik edib.
 
MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın "APA-Economics"ə verdiyi məlumata görə, bu addım Bakı Nəqliyyat Agentlyinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq atılıb.
 
"Martın 25-dən etibarən "BakuBus"a məxsus 3 nömrəli marşrut xəttinin son dayanacağı metronun "Azadlıq prospekti" stansiyasının önü deyil, Atatürk prospektindən sonra Şövkət Məmmədova və Abay Kunanbayev küçələri ilə keçməklə metronun "Dərnəgül" stansiyasının önü olacaq. Hərəkət istiqamətinin dəyişdirilməsi səbəbindən 3 nömrəli marşrut xətti Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələrindən keçməyəcək", - deyə o qeyd edib.
 





24.03.2016    çap et  çap et