525.Az

Yohan Kroyf vəfat etdi


 

Yohan Kroyf vəfat etdi<b style="color:red"></b> Əfsanəvi futbolçu Yohan Kroyf dünyasını dəyişib.
 
APA-nın məlumatına görə, o xərçəng xəstəliyindən əziyyət çəkib.
 
25 aprel 1947-ci ildə Amsterdamda dünyaya gələn Y. Kroyf 69 yaşında vəfat edib.
 
Y. Kroyf futbolçu karyerası boyunca "Ayaks", "Barselona" kimi nəhəng klubların, o cümlədən Hollandiya millisinin lideri olub. Karyerası ərzində 752 oyun keçirən Y. Kroyf 425 qol vurub. Üç dəfə "Qızıl top"un sahibi olub. "Ayaks" və "Barselona"nın heyətində dəfələrlə Çempionlar kubokunu və ölkə çempionluğunu qazanıb.
 
Futbolçu karyerasını bitirəndən sonra Y. Kroyf məşqçi kimi də böyük uğurlar qazanıb.
 
Y. Kroyf XX əsrin ən yaxşı futbolçularından biri sayılır.
 





24.03.2016    çap et  çap et