../img/pics/medium/143789_1s03w53fof.jpg Yüz il bundan əvvəlin eyni məkanında - Bakı Dövlət Universiteti - 100
../img/pics/medium/143787_p5x6b8y1q1.jpg Yeni elmi nəslin böyük müəllimi - Yubiley
../img/pics/medium/143786_evdnr4modm.jpg Quyunun dibindəki şeytan - Rəvan Caviddən daha bir esse
../img/pics/medium/143785_54l45h9kkp.jpg Nəyə və niyə inanmalı - Taleh Eminoğlu yazır
SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019

Yüksələn "Qarabağ", enən "Neftçi"... - Aydın Bağırovun yazısı

Yüksələn "Qarabağ", enən "Neftçi"... - <b style="color:red">Aydın Bağırovun yazısı </b>

Aydın BAĞIROV
[email protected]

Dörd oyun, dörd qələbə, on iki xal. Komanda on qol vurub, bir qol belə buraxmayıb.

Bu, Qurban Qurbanovun "Qarabağ"ının hazırkı Azərbaycan Premyer Liqasında ilk dörd turda göstərdiyi yüzfaizli nəticədir. Üstəgəl, bu mövsüm Avropada qarşıya qoyulan minimum hədəfə də nail olunub. "Qarabağ" Avropa Liqasının qrupundadır. Bu həftənin dördüncü günü komanda Bakıda İspaniya "Sevilya"sı ilə qarşılaşacaq. Çoxlarına görə, dünyanın ən güclü liqasının lideri ilə.

Bəs "Qarabağ" hansı liqanı təmsil edir?

Futbolumuzun neçə illərdi yaxşı günlərini yaşamadığını hamı qəbul edir. Yerli çempionatın, klubların səviyyəsi daha da aşağı düşür. Bölgədə futbol ölüb. Bir "Qəbələ" qalıb, amma büdcəsi kəskin azaldıldığından onların bu mövsümü başa vurub-vurmayacağı sual altındadır. "Neftçi"də isə yaxşı pul olsa da, iş düz qurulmayıb. Ona görə də ötən mövsümkü ilə indi komanda arasında böyük uçurum yaranıb. O dərəcədə ki, dörd turdan sonra "Qarabağ"dan düz səkkiz xal geri qalırlar. Azarkeş neçə vaxtdır narahatdır. Uğursuz nəticəyə görə komandalarının oyunlarını boykot edirlər, tribunaya gələnlər isə az qala hər tur istefa şüarı səsləndirirlər. Klubun sponsoru SOCAR-ın, axır ki, bu etiraz çağırışlarını eşitməsi və konkret iş görməsi lazımdır. İndiki idarəçilər ya göndərilməli, ya da işlərini düzəltmələri üçün onlarla daha ciddi söhbət aparılmalıdır. "Neftçi" düzəlməsə, çempionatda intiriqa ilk turlardan ölməyə başlayacaq. Necə ki, bunun işartıları artıq görünməkdədir. Kluba cavabdeh insanlar həm də AFFA-nın rəhbərliyindədirlər və onların da problemə təcili müdaxiləsi lazımdır.

İndiki məqamda isə ən çox özünü bəzən italyan xuliqanları kimi aparan baş məşqçi Bordinə tutduğu vəzifənin məsuliyyəti başa salınmalıdır. Çünki hər xal itkisindən sonra təlxəklik etmək, hər adi epizoda görə özündən çıxmaq, tullanıb-düşməklə uğur qazanmırlar. Bir məşqçi emosiasına hakim olmağı bacarmalıdır. Əgər uğurun modeli hər şeyə çılğıncasına reaksiya vermək olsaydı, bu gün Yılmaz Vuralın qarşısında heç bir məşqçi və komanda dayana bilməzdi.

Bir məşqçinin qələbəyə gedən yolu onun futbol biliyi ilə yanaşı, həm də təmkinli və soyuqqanlı davranışından keçir. Məsələn, götürək, Bordinin həmkarı Qurban Qurbanovu. O, bu mövsümkü fəaliyyəti ilə bir daha nümayiş etdirir ki, əgər texniki, ya da taktiki səhvi varsa, onu vaxtında düzəltməyi bacaran biridir. Uğursuzluq olanda məsuliyyəti kiminsə üzərinə atmır, yersiz hay-küy qaldırmır. Süni ajiotaj yaratmır. Komandasında ciddi nizam-intizam yaradıb. Kiçik təbii istisnaları kənara qoysaq, "Qarabağ"lı futbolçuların meydanda, məşqçilərinin texniki zonada daxili qaydaları pozan hərəkətlərini kimsə görməyib, eşitməyib. Klubun rəhbərliyinin onun işinə müdaxiləsinə imkan da verməyib. Yavaş-yavaş, səbrlə yaxşı bir komanda qurub. Ətrafına güvəndiyi etibarlı insanları toplayıb.

APOEL-lə Bakıdakı oyunu çıxmaqla builki fəaliyyətini həqiqətən əla qiymətləndirmək olar. Əvvəlcə çempionluq, sonra Avroliqanın qrupu. Bugünkü "Qarabağ"a fikir verin. Ötən ilki ilə indiki arasında xeyli fərq var. Futbolçular daha inamlı görünürlər. Hardasa 2017-ci ildə Çempionlar Liqasında qrupa düşən həmin o komandanı xatırladır. Yeni transferlərin ümumi səviyyəsi 90 faiz özünü doğruldur. Əsasən Xayme. Və... bir oyunla futbolçuya qiymət vermək tez olsa da, yeni qapıçı Asmir Beqoviçin "Neftçi" ilə matçda əla, rahat və soyuqqanlı oyununu qeyd etməmək olmur. Yaxud ötən ilki transfer Abdullah Zubir. Bu bir il ərzində fantastik irəliləyişə nail olub. Qurban Qurbanov adları çəkilən və çəkilməyən əcnəbi, həmçinin, yerli futbolçuların simasında yaxşı, sanki yeni bir kollektiv formalaşdırıb.

Və o kollektivin iki yerli gənc üzvü də var ki, bu yazıya da onların üzərində ayrıca dayanmaqla yekun vuracağam. Onlar Qurban Qurbanovun rəhbəri olduğu məşqçi korpusunun inkişaf etdirdiyi futbolçulardır.

21 yaşlı İsmayil İbrahimli əsasən, limit məsələsinə görə ilk onbirlikdə yer alır.

İlk üç matçda üç qol da vurub. Təcrübə azlığı hiss olunsa da, ümumən yerli oyunlar üçün komandasına köməyi dəyir. Bu gedişlə də Azərbaycan futbolu və "Qarabağ" üçün yaxşı bir kadr olacağına şübhə olmamalıdır. Amma mənə görə, gənc yaşda erkən şöhrət xəstəliyinə yaxalanmamaq üçün ən azı bu mövsümün sonuna kimi media ilə münasibətdən uzaq tutulmalı, İnstaqram və Feysbuka girişinə də qadağa qoyulmalıdır. Təcrübə göstərir ki, sosial şəbəkələr bizim neçə-neçə gənc oyunçumuzun karyerasına ciddi zərbə vurub.

Və 17 yaşlı Musa Qurbanlı.

Qurban Qurbanovun hücumçu olan oğlu. O, İsmayıl kimi Premyer Liqamızda hələ çıxış etməyib. Amma aşağı yaş qrupları üzrə millilərimizin daimi futbolçusudur. Bu günlərdə U-21-lə Gürcüstanla matçda qol vura bilmədiyinə görə necə göz yaşı tökdüyünə çox adam şahid oldu. Bu nə deməkdir? Əgər bir insan 17 yaşında özündə bu qədər məsuliyyət edirsə, deməli, xarakteri var və gələcəkdə həqiqətən yaxşı bir oyunçu olacaq. Və onu gələcək uğura bu gün qol vura bilmədiyi üçün tökdüyü o göz yaşı, o göz yaşının arxasında gizlənən vicdan, peşəkarlıq aparacaq. Karyerasını harada və kiminlə davam etdirməsindən asılı olmayaraq...


 
MÜƏLLİFİN DİGƏR YAZILARI
“Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov “Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov
Kiprdəki oyundan iki gün sonra Rəşad Sadıqova telefon söhbətimdə deyəndə ki, sizə uduzduqdan sonra APOEL baş məşqçisini istefaya göndərib və yerinə də bir zamanlar “Borussiya” Dortmundu çalışdıran...
14.08.19
Bizim “Çelsi”... - Aydın Bağırov yazır Bizim “Çelsi”... - Aydın Bağırov yazır
“Arsenal”la “Qarabağ”ın Londonda keçirilən oyunun sonlarında yaşanan təxribat yadınızda qalıb? Bir erməni gənc Dağlıq Qarabağın separatçı rejiminin “bayrağı” ilə meydana daxil olaraq, onu açmağa...
27.05.19
UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır
Son günlər Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar mediadakı siyasi müzakirələrdə bir neçə fakt qarşıma çıxmadığı üçün bu məsələyə toxunmalı olacam. Belə görünür ki,...
13.05.19
"Qarabağ"ın Anayasası - Aydın Bağırov yazır
2004-cü ilin ortalarında Tahir Gözəlin iştirakı ilə "Qarabağ" rəhbərliyinin keçirdiyi mətbuat konfransında maraqlı bir hadisə yaşandı....
12.05.19
Bakı finalına 30 min azarkeş gəlir Bakı finalına 30 min azarkeş gəlir
Avroliqanın Bakı finalında (29 may) böyük ehtimalla "Arsenal" və "Çelsi" üz-üzə gələcək. Yəni London derbisi bu dəfə Azərbaycan paytaxtında olacaq. ...
05.05.19
"Ayaks" və biz - Aydın Bağırov yazır
Əvvəlcə bu adlara diqqətlə fikir verək. Coel Veltman 27 yaş, Deyli Blind 29 yaş, Nussair Mazraui 21 yaş, Donni van de Bek 22 yaş və nəhayət, Matteys de Liqt - cəmi 19 yaş və kapitan! ...
19.04.19
Allah vergisi... - Aydın Bağırov yazır Allah vergisi... - Aydın Bağırov yazır
Bəzən futboldan doyanda üz tutduğum başqa bir idman növü olur - peşəkar boks. Futbol qədər olmasa da, hər halda həm populyarlığına, həm də kommersiya gəlirlərinə görə peşəkar boksun döyüşləri...
17.04.19
Qurban Qurbanov getməlidimi?.. Qurban Qurbanov getməlidimi?..
Danışıb tənqid etdik, tənqid etməkdə də davam edirik. Haqlı o qədər məqam var ki... Niyə bu vəziyyətə düşdü "Qarabağ"? Günahkar axtarırıqsa, uzaq məsafədən uşaqcasına qol buraxan qapıçı da...
30.11.18
Maltadan Bakıya qayıdanda... Maltadan Bakıya qayıdanda...
Millimizlə 1:1-lik heç-heçədən sonra Malta millisinin baş məşqçisi Rey Farruciya mətbuat konfransına sevinclə elə daxil oldu ki, sanki onlar bizim timsalımızda zəif komandadan deyil, az əvvəl son dünya...
11.09.18
Dani Kintananın əsaları Dani Kintananın əsaları
Elə ki, hakim oyunun bitdiyini elan etdi, o, oturduğu texniki zonadan qalxaraq hamı kimi meydana - komanda yoldaşlarının üzərinə yürüyüb "Qarabağ"ın Avroliqanın qrupuna düşməsinin sevincini qeyd etmək...
31.08.18
“Qarabağ”a nə olub? “Qarabağ”a nə olub?
Bu sualın cavabına keçməzdən öncə diqqəti üzücü bir statistikaya yönəltmək istərdim. Qurban Qurbanovun rəhbərliyi altında 2009/10 mövsümündən başlayaraq “Qarabağ” qatıldığı 11 avrokubok...
26.08.18
Cənubi koreyalılar haqda... Cənubi koreyalılar haqda...
Moksvanın mərkəzindəki lüks restoranlardan birindəyik. İyunun 13-dü. Bu gözəl məkanda bizi “KİA Motors” şirkətinin nümayəndələri qarşılayır. Və elə bu qarşılanma mənim fikrimi bir anlıq da olsa...
16.07.18
Vicdan məsələsi Vicdan məsələsi
Əvvəl komandası “Qarabağ” Sloveniyada “Olimpiya” ilə qarşılaşır, ertəsi səhər tezdən təyyarə onları Bakıya gətirir. Oyunun və səfərin yorğunluğu bir-birinə qarışıb. Bu vəziyyətdə, adətən,...
13.07.18
Moskva küçələrindən qeydlər Moskva küçələrindən qeydlər
Əvvəl pasportumu, dünya çempionatı üçün sənədlərimi, sonra məni diqqətlə nəzərdən keçirəndən sonra heç nə olmamış kimi sakit şəkildə deyir: ...
16.06.18
Futbolu ləkələyən qumarbazlar haqda Futbolu ləkələyən qumarbazlar haqda
Oxucuların yadında olar. Bir müddət əvvəl Zlatan İbrahimoviç Rusiyadakı dünya çempionatında oynamaq istədiyini deyəndə FİFA elə titrədi ki, elə bil bunlara neçə min voltluqsa tok qoşublar....
03.05.18
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.