|
|
|
|
Donald Tramp "Twitter" hesabında irəli sürdüyü Yaxın Şərq Sülh planında əks olunan gələcək Fələstin dövlətinin xəritəsini paylaşıb.
APA-nın xəbərinə görə ABŞ prezidenti qeyd edib ki, həmişə İsrail dövləti və yəhudi xalqının yanında olacaq:
“Onların təhlükəsizliyini və tarixi torpaqları daxilində yaşamaq hüquqlarını qəti şəkildə dəstəkləyirəm. Artıq sülhün vaxtıdır!”