../img/pics/medium/155518_u6vb2uwdz7.jpg Borçalıdan Ana Vətənə uzanan milli dəyərlər körpüsü
../img/pics/medium/155516_bjftm1j9q0.jpg Azərbaycanın beynəlxalq münasibətlər tarixinin görkəmli tədqiqatçısı
../img/pics/medium/155512_42wvv63wxa.jpg Pandemiya məşhur jurnalların üz qabığına belə təsir etdi - Fotolar
../img/pics/medium/155505_gzfryjoi0j.jpg Tanıyaq və tanıdaq: Saleh Səccadi
SON XƏBƏRLƏR
28 Mart 2020
27 Mart 2020

Uşaqlara futbol yox, söyüş öyrədən məşqçilər - Aydın Bağırovun yazısı

Uşaqlara futbol yox, söyüş öyrədən məşqçilər - <b style="color:red">Aydın Bağırovun yazısı </b>

Aydın BAĞIROV
[email protected]

AFFA-nın İntizam Komitəsinin fevralın 25-də açıqladığı qərarda diqqətimi bir məqam çəkdi. Uşaq liqalarında ayrı-ayrı komandaların ümumən 4 məşqçisi hakimləri təhqir etdiyinə görə cəzalandırılıblar.

Son bir ayın statistikası daha xaotikdir: düz 9 məşqçi söyüş söydüyünə görə (ya hakimləri, ya da bir-birilərini) meydandan qovulub. 2019-cu ilin noyabr və dekabrında isə 13 məşqçi eyni səbəbdən cəzaya məruz qalıb. Yəni son 4 ayda təkcə AFFA-nın qeydə aldığı 22 belə fakt olub. Bu, bizim futbolun bünövrəsinin istedad və bacarıq yox, təhqir üzərində qurulduğunun rəsmi təsdiqi, acınacaqlı etirafıdır.

Daha pisi isə odur ki, liqaların adından da göründüyü kimi, bütün bunlar oğlan-qız demədən, uşaqların yarışdığı çempionatlarda baş verib. Onların sırasında hətta "Qarabağ", "Keşlə", "Zirə" kimi peşəkar klubların nümayəndələri da olub. Təəssüf ki, klubları tərəfindən məşqçilərinə qarşı heç bir inzibati tədbir görülməyib. Çünki "Qəbələ" və "Sabah"dan başqa, Premyer Liqamızdakı digər 6 klub uşaq məktəblərini, sadəcə, başlı-başına buraxıblar. Yuxarıdan (rəhbərlik, A komandaların baş məşqçiləri) nəzarət yox səviyyəsindədir deyə, aşağıdakılar idman və mənəvi qaydaları kobud şəkildə pozmaqda davam edirlər. 

Normal futbol ölkələrində məşqçilərin belə hərəkətləri nəinki yolverilməzdir, buna görə ciddi cəzalar da nəzərdə tutulur. Bizim futbol qurumunun çıxardığı qərarlar isə (3, maksimum 5 oyunluq cəza) yumşaqdır. Yaxşı olardı ki, AFFA-nın uşaq futboluna cavabdeh bölmələri təhqirə yol verən məşqçilərə münasibətdə cəzaların sərtləşdirilməsi ilə bağlı İntizam Komitəsi qarşısında məsələ qaldırsınlar. Çünki indi baş verənlər futbolumuzu yalnız qaranlıq gələcəyə aparır. Təsəvvür edin, hər oyunda (hələ məşqləri demirəm) məşqçisindən söyüş eşidən 10-12 yaşlı uşaq sabah kişiləşib meydana çıxanda özünü necə aparacaq? Əxlaq sarıdan problemləri olan azmı Azərbaycan futbolçusu görmüşük?

Məsələ tək cəza ilə də bitmir. Dəfələrlə qeyd etmişik ki, uşaq liqalarında məşqçilərin çoxunun futbol savadında və özlərini ictimai yerlərdə (oyunlarda) aparmaq qaydalarında ciddi problemlər var. Təəssüf ki, onların əksəriyyəti (peşəkar klubların nümayəndələri xaric) attestasiyadan keçirilmədən, federasiyadan məşqşi lisenziyası almadan fəaliyyət göstərirlər. Bu isə təbii olaraq, pərakəndəliyə, nizam-intizamın ciddi şəkildə pozulmasına gətirib çıxarır. Halbuki futbolu inkişaf etmiş ölkələrdə belə hallar qəbuledilməzdir. Məsələn, 5-6 il əvvələ qədər futbolda ciddi uğuru olmayan İslandiyada UEFA-nın B dərəcəsini almayan heç bir məşqçi bu səhədə çalışa bilməzdi. Qısaca qeyd edim ki, həmin ölkənin son illərdəki uğurlu yolu həm də məşqçilərlə bağlı bu qaydaların qoyulmasından sonra başlayıb.

AFFA-nın da bu sahədə ciddi, hətta sərt qayda-qanun yaratmasının vaxtı nəinki çatıb, hətta ötüb də. Amma buna baxmayaraq, nəhayət, müvafiq addımlar atılmalıdır. Bu gün təhqirlərə yol verən məşqçilərin timsalında hamısının lisenziyalaşdırma prosesi başlamalıdır. Əks halda uşaq liqalarındakı onsuz da çox olan söyüş söymə təcrübəsi daha da artaraq kütləvi hal alacaq.

Bizə isə söyüş yox, futbol liqası lazımdır.


 
MÜƏLLİFİN DİGƏR YAZILARI
Futbolumuzda yeni istedad göründü - Aydın Bağırovun yazısı Futbolumuzda yeni istedad göründü - Aydın Bağırovun yazısı
Premyer Liqamızın 17-ci turunun ötən bazar günü keçirilən "Səbail" - "Qəbələ" qarşılaşmasını, rəsmi protokola əsasən, stadiondan 650 tamaşaçı izləyirdi. Bəli, say azdır, olmaqda da...
19.02.20
Bizim problem... Bizim problem...
Kobe Brayantın şəxsində dünya idmanına üz verən ağır itki idman jurnalistikamızda bir ciddi problemi ortaya çıxardı. ...
28.01.20
Musa... Musa...
Antalyadan qayıtdıqdan sonra, iki gün öncə yazdığım yazıda belə bir qeydlər vardı: ...
25.01.20
Yüksələn Yüksələn "Qarabağ", enən "Neftçi"... - Aydın Bağırovun yazısı
Dörd oyun, dörd qələbə, on iki xal. Komanda on qol vurub, bir qol belə buraxmayıb....
18.09.19
“Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov “Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov
Kiprdəki oyundan iki gün sonra Rəşad Sadıqova telefon söhbətimdə deyəndə ki, sizə uduzduqdan sonra APOEL baş məşqçisini istefaya göndərib və yerinə də bir zamanlar “Borussiya” Dortmundu çalışdıran...
14.08.19
Bizim “Çelsi”... - Aydın Bağırov yazır Bizim “Çelsi”... - Aydın Bağırov yazır
“Arsenal”la “Qarabağ”ın Londonda keçirilən oyunun sonlarında yaşanan təxribat yadınızda qalıb? Bir erməni gənc Dağlıq Qarabağın separatçı rejiminin “bayrağı” ilə meydana daxil olaraq, onu açmağa...
27.05.19
UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır
Son günlər Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar mediadakı siyasi müzakirələrdə bir neçə fakt qarşıma çıxmadığı üçün bu məsələyə toxunmalı olacam. Belə görünür ki,...
13.05.19
"Qarabağ"ın Anayasası - Aydın Bağırov yazır
2004-cü ilin ortalarında Tahir Gözəlin iştirakı ilə "Qarabağ" rəhbərliyinin keçirdiyi mətbuat konfransında maraqlı bir hadisə yaşandı....
12.05.19
Bakı finalına 30 min azarkeş gəlir Bakı finalına 30 min azarkeş gəlir
Avroliqanın Bakı finalında (29 may) böyük ehtimalla "Arsenal" və "Çelsi" üz-üzə gələcək. Yəni London derbisi bu dəfə Azərbaycan paytaxtında olacaq. ...
05.05.19
"Ayaks" və biz - Aydın Bağırov yazır
Əvvəlcə bu adlara diqqətlə fikir verək. Coel Veltman 27 yaş, Deyli Blind 29 yaş, Nussair Mazraui 21 yaş, Donni van de Bek 22 yaş və nəhayət, Matteys de Liqt - cəmi 19 yaş və kapitan! ...
19.04.19
Allah vergisi... - Aydın Bağırov yazır Allah vergisi... - Aydın Bağırov yazır
Bəzən futboldan doyanda üz tutduğum başqa bir idman növü olur - peşəkar boks. Futbol qədər olmasa da, hər halda həm populyarlığına, həm də kommersiya gəlirlərinə görə peşəkar boksun döyüşləri...
17.04.19
Qurban Qurbanov getməlidimi?.. Qurban Qurbanov getməlidimi?..
Danışıb tənqid etdik, tənqid etməkdə də davam edirik. Haqlı o qədər məqam var ki... Niyə bu vəziyyətə düşdü "Qarabağ"? Günahkar axtarırıqsa, uzaq məsafədən uşaqcasına qol buraxan qapıçı da...
30.11.18
Maltadan Bakıya qayıdanda... Maltadan Bakıya qayıdanda...
Millimizlə 1:1-lik heç-heçədən sonra Malta millisinin baş məşqçisi Rey Farruciya mətbuat konfransına sevinclə elə daxil oldu ki, sanki onlar bizim timsalımızda zəif komandadan deyil, az əvvəl son dünya...
11.09.18
Dani Kintananın əsaları Dani Kintananın əsaları
Elə ki, hakim oyunun bitdiyini elan etdi, o, oturduğu texniki zonadan qalxaraq hamı kimi meydana - komanda yoldaşlarının üzərinə yürüyüb "Qarabağ"ın Avroliqanın qrupuna düşməsinin sevincini qeyd etmək...
31.08.18
“Qarabağ”a nə olub? “Qarabağ”a nə olub?
Bu sualın cavabına keçməzdən öncə diqqəti üzücü bir statistikaya yönəltmək istərdim. Qurban Qurbanovun rəhbərliyi altında 2009/10 mövsümündən başlayaraq “Qarabağ” qatıldığı 11 avrokubok...
26.08.18
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.