|
|
|
|
1963-cü ildə Moskva Ədəbiyyat İnstutundan İrkutsk şəhərinə, Kamçatkaya yaradıcılıq ezamiyyətinə getmişdim. Silsilə yazılar, şeirlər yazdım. Orada topa bənzər gəzəyən kol topaları gördüm. Sibirlilər də ona “gəzəyən kollar” deyirdilər. O vaxtdan yaddaşımın arxivində bu mövzunu gəzdirirəm. Nəhayət, bu gün yazdım.
Baykalın sahilində
Baykalın sahilində,
Mərd insanlar elində,
Soysuz, köksüz kollar var.
Əli - ayağı yoxdu,
Külək hara əsirsə,
O səmtə yolları var.
Gələni-gədəni yox,
Gövdəsi, bədəni yox,
Başı yox, gödəni yox.
Nə yeyir, nə yedirdir,
Nə ölü, nə diridir.
Top kimi dəp-dəyirmi...
Baykal boyu küləklər,
Gah o başa daşıyır,
Gah bu başa daşıyır.
Barı özü bilirmi
Nə missiya daşıyır,
Nə məqsədlə yaşayır?
Allah varlıqda heç vaxt,
Yararsız şey yaratmaz.
Yaratsa yarıtmazı,
Belə cənnətə atmaz.
11.06.1963.— 28.05.2020.