Rusiyada keçirilən "MAKS-2015" aviasalonunda iştirak edən Azərbaycan nümayəndə heyəti "Mİ-28" döyüş helikopterinə böyük maraq göstərib.
APA-nın “vedomosti.ru”ya istinadən verdiyi xəbərə görə, bunu sərginin rəsmi nümayəndəsi deyib. O bildirib ki, Azərbaycan tərəfi "Mİ-28"ə maraq göstərsə də, müqavilə haqqında danışmaq hələ tezdir.
Nümayəndə məlumat verib ki, bundan əvvəl Azərbaycan 24 ədəd "Mİ-35" zirehli hərbi döyüş helikopteri alıb.