|
|
|
|
“Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq ötən gün maraqlı bir statistika açıqlayıb.
Sosial şəbəkənin tarixində ilk dəfədir olaraq 1 milyard istifadəçi eyni vaxtda “Facebook”da olub. Sözügedən hadisə bazar ertəsi günü baş verib.
M.Zukerberq deyib ki, şəbəkədən istifadə edən hər 7 nəfərdən biri dostları və ya ailəsi ilə ünsiyyət qurmaq niyyəti ilə şəbəkəyə daxil olur.
Qeyd edək ki, sosial şəbəkənin milyardıncı istifadəçisi 2012-ci ilin noyabrında qeydiyyatdan keçib.
“Facebook” iyul ayında dünyadakı internet istifadəçilərinin yarısından çoxunun ən az bir dəfə şəbəkəni ziyarət etdiyini deyib.
Modern.az