|
|
|
|
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
525.az-ın məlumatına görə, İradə Gülməmmədova buna qədər Abşeron Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində çalışıb.
O, həmçinin Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının üzvüdür.