Türkiyədə Milliyətçi Hərəkat Partiyasının (MHP) fövqəladə qurultayı bu il iyulun 10-da keçiriləcək.
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə MHP sədri Dövlət Bağçalının bu gün yaydığı yazılı açıqlamada bildirilib.
Məhkəmənin qərarına hörmətlə yanaşdıqlarını bildirən D. Bağçalı qurultayın iyulun 10-da Ankara Arena İdman Salonunda keçiriləcəyini qeyd edib.
Qurultayda yenidən sədrliyə namizəd olacağını açıqlayan D. Bağçalı arzulayan hər kəsin partiya sədri postuna namizəd ola biləcəyini, demokratik şəkildə keçəcək qurultayın MHP-ni gücləndirəcəyini vurğulayıb.