İstanbul boğazının üçüncü körpüsü olan Yavuz Sultan Selim körpüsünün rəsmi açılış mərasimi keçirilib.
APA-nın məlumatına görə, rəsmi açılış mərasimində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışından sonra qonaqları səhnəyə dəvət edib və daha sonra dini işlər üzrə nazir Mehmet Görməzin dualarından sonra körpü xidmətə açıq elan edilib.
Prezident Rəcəb Tayyib Ərdoğan körpünün 31 avqust tarixinədək ödənişsiz olacağını bildirib.