https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
28 Mart 2024

Belə də yox...

Belə də yox...

Aydın BAĞIROV
[email protected]

U-19-un Sankt-Peterburqdakı çıxışına həsr olunur

Bir möcüzə baş verib, əsas milli 3 oyuna 7 xal toplayır, millət ellikcə dünya çempionatının final mərhələsinə düşməklə bağlı boş xəyallara qapılır. Şimali irlandlar 4 cavabsız qol vurub ayıldır bizi...

Elə bil hamımıza mesaj verirlər ki, gedin, olmayan futbolunuzu düzəldin.

Bizsə ellikcə "Niyə də yox?" deyib mundiallar barədə nağıl yaradırıq.

Pafos, şüarçılıq qanımıza hopub.

Real işə gələndə isə... A, B, C... Əlifbamızda hansı hərflə başlayan millimiz varsa, hamısının nəticəsi bir-birinin tayıdı.

Mllinin o epizodik uğuru, "Qarabağ"la "Qəbələ"nin Avroliqanın qrupuna düşməsi aldadıcıdı. Gerçəklik budu ki, ölkədə uşaq futbolu batıb gedir. Bir tək "Qəbələ" Futbol Akademiyasını çıxmaqla bu istiqamətdə heç kim ciddi addım atmır. "Qəbələ"dən savayı akademiyası olan digər klubumuz "Bakı" idi. Hafiz Məmmədovla bağlı məlum səbəblərdən o akademiya da məhv olub getdi. Halbuki onu sonradan saxlamaq da olardı. Orada çalışan 10 məşqçinin hər birinə ayda cəmi 500 manat verməklə! Aya cəmi 5 min manat pul edir bu. AFFA-nın aşağı yaş qrupları üzrə komandalara doldurduğu yararsız legionerlərin bir tək bilet puluna xərclənən pullar bundan çoxdur... Amma nə İdman Nazirliyi, nə də illik büdcəsi 20 milyondan çox olan AFFA uşaq futbolunu xilas etmək üçün yardım əlini uzatdı bu kluba.

Bizsə "Niyə də yox?" deyib guya yaxşı gələcək qururuq.

Baxın, üzdə olan klublarımıza, elə lider "Qarabağ"a da. Bu klubun aşağı yaş qrupu üzrə komandalarının sonuncu dəfə əsas komandaya verdiyi normal oyunçular kim olub? Uzun illərdi gözümüzün qabağında olan Maksim Medvedyev, Əfran İsmayılov, Rauf Əliyev və Qara Qarayev. Vəssalam! Qaradan sonra, yəni son 4-5 ildə "Qarabağ"dan aşağı yaş qrupundan kəşf sayıla biləcəyimiz 1 oyunçu belə çıxmayıb.

Bəs ulu klubumuz "Neftçi? Ordan çıxanların da sonradan ya ayağında problem olur, ya da başında...

Və bütün bunlardan sonra biz yenə də xəyallarımızdan əl çəkməyib, deyirik: "Niyə də yox?".

Çönüb uşaq futboluna baxaq...

Heç olmasa bir dəfə də, həmkarım Tural Xudiyev demiş, "Belə də yox" deyək...

Nə iş görür AFFA, klublar, aşağı yaş qrupu üzrə komandaların məşqçiləri? Son 10 ildə guya futbolun inkişafı adı ilə 1 milyarddan çox pul xərclənib. Bəs, hanı o 1 milyardın qarşılığında xaricə çıxarmağa potensialı olan oyunçumuz?

Yoxdu axı...

Yetişmir. Yetişdirə bilmirlər. Nə bacarıqları var, nə də futbol savadları. Bu adamlar adi futbol suallarına cavab verə bilmirlər, imtahandan kəsilirlər, sonra tarixə düşməkdən danışırlar.

Tarix yazmaq hələ ki, bizim futbol adamlarının (əksəriyyətinin!) başına görə deyil. Bizdə futbola yarayan baş olsaydı...

Sizi gələcəyimiz olan aşağı yaş qrupu üzrə komandalarımızın 2009-cu ildən üzü bəri Piterdə keçirilən turnirdəki nəticələri ilə baş-başa buraxıram. Hələ də "Niyə də yox?" deyib feyziyab olaq.

16 komanda arasında... 

2009-cu il. 7-ci yer

2010. 5-ci yer

2011. 7-ci yer

2012. 12-ci yer

2013. 12-ci yer

2014. 13-cü yer

2015. 5-ci yer

2016. 8-ci yer

2017. Qrupda sonuncu yer.

Müəllifin digər yazıları
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.