|
|
|
|
Duyduq – Duymadıq Deməyin
Rəqəmsal Aləmdən xəbərçilik edən sosialwebia.com saytı, yeni komanda yoldaşlarını – “YAZAR”ını axtarır. Yazmaqdan zövq alan, xüsusilə sosial mediadan yazmaqdan zovq alan, “sosial media mənim bir parçamdır, oxumasam, yazmasam, dayana bilmirəm” deyənlər – bu elan sizin üçündür. Sadəcə Sosial Media xəbərlərini oxumaqla qalmayıb, onların yaradıcısı olmaq istəyənlər – Sizi Gözləyirik!
Tələblər:
1. Doktorantura diplomu olmalıdır
2. 7 il təcrübəsi olmalıdır
3. 3 Xarici dil bilməlidir, biri ana dili kimi
4. Sürücülük vəsiqəsi olmalıdır – D kateqoriyalı
5. Cəlbedici xarici görünüşü olmalıdır
6. Evin “Kupçası”
Qeyd: Yuxarıdakıları Unudun!
Zarafatsız Tələblər:
1. Sosial Media aşiqi olmaq
2. Yazmağı sevmək
3. İmkan qədər yaradıcı olmaq
4. Sərhədsizlik
“Tam Bana Göre” deyənlər, CV-nizi [email protected] adresinə göndərməyi unutmayın.
Qeyd: işçi yox, komanda yoldaşı axtarılır: Ödənişsiz Əsaslarla
Sevgilərlə: SosialWebia Komandası
Sizi Səbirsizliklə Gözləyirik!