https://525.az/img/pics/medium/2024-04/310435_zkxmp9jitt.jpg “525-ci qəzet”in 18 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310432_mzsmdysfa8.jpg Ruhumuz, düşüncəmiz və ədəbiyyatımızda Şuşa möcüzəsi
https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
search
17 Aprel 2024

Futbol üzrə Dünya Çempionatının açılışı oldu

Futbol üzrə Dünya Çempionatının açılışı oldu

Futbol üzrə Dünya Çempionatının rəsmi açılış mərasimi olub.

Mərasimdə Rusiya prezidenti Vladimir Putin və FİFA prezidenti Canni İnfantino çıxış ediblər.

V. Putin bütün dünyanın böyük futbol ailəsini planetin əsas turnirinin başlanması münasibəti ilə təbrik edib:

"Bu böyük idman hadisəsi Rusiyada ilk dəfədir keçirilir və biz buna çox şadıq. Futbol bizdə nəinki kütləvi oyundur, bu oyunu həqiqətən Rusiyada sevirlər. Belə bir turniri keçirmək bizim üzərimizə böyük məsuliyyət qoyub. Azarkeşlərin, idmançıların özlərini burada yaxşı hiss etməsi üçün əlimizdən gələni etmişik. Heç bir şişirtmə olmadan deyə bilərək ki, futbol azarkeşlərinin sayı dünyada milyarda yaxındır. Harada yaşamadan asılı olmayaraq hamımızı futbola sevgi birləşdirir. Futbol xalqlar arasında dostluğu möhkəmləndirir və bir-birini anlamasına təkan verir. Hamınızı bu möhtəşəm futbol bayramı münasibətilə çıxış edirəm".

C. İnfantino isə nitqinə rus dilində başlayıb.

O, yüksək təşkilatçılığa görə Rusiya prezidenti Vladimir Putinə təşəkkür edib.

FİFA prezidenti 1 ay ərzində Rusiyada futbol bayramının keçiriləcəyini deyib.

Rəsmi açılışın ardınca DÇ-2018-in ilk oyununa start veriləcək.

İlk oyunda Rusiya və Səudiyyə Ərəbistanının milli komandaları qarşılaşır.

APA

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.