|
|
|
|
“Donald Tramp 1979-cu ildən bəri ABŞ-a rəhbərlik edən şəxslər arasında “ən pis” prezidentdir”.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran prezidenti Həsən Ruhani bəyan edib.
“1979-cu il, İslam inqilabı qalib gəldikdən bu günə qədər ABŞ rəhbərliyi İran xalqının düşməni olub. İndiki prezident isə digərləri ilə müqayisədə ən pis, ən qəddar və ən riyakar prezidentdir”, - deyə Ruhani söyləyib.
O bildirib ki, İran Vaşinqtonun Tehrana qarşı niyyətlərindən məlumatlıdır.