Azərbaycanın tanınmış bəstəkarı Şəfiqə Axundova vəfat edib. Bu barədə əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə məlumat yayıb.
Qeyd edək ki, Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. Şəfiqə Axundova Şərqdə ilk operanın - "Gəlin qayası" operasının müəllifidir.