../img/pics/medium/135303_zi52sdwglv.png DİM Nazirlər Kabinetinin müsabiqədənkənar qəbul qərarını şərh etdi
../img/pics/medium/135301_67uezibahp.jpg Bir məruzənin təəssüratı - Firuzə Nadir
../img/pics/medium/135300_071wfcab4j.jpg Əlvida, ədəbiyyat!.. - Nisə Bəyim yazır
../img/pics/medium/135299_75v6sh84sk.jpg Bu şənbə "525-ci qəzet"də - ANONS
SON XƏBƏRLƏR
24 May 2019

Fədayə Laçın ifadə verdi

Fədayə Laçın ifadə verdi<b style="color:red"></b>

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində məhkum Etibar Məmmədovun həbsdən qaçması ilə bağlı təqsirləndirilən şəxslərin növbəti məhkəmə iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda ilk olaraq müğənni Fədayə Laçın ifadə verib.

F.Laçın ifadəsində bildirib ki, E.Məmmədovla 2013-cü ildə E.Məmmədovun qardaşının toyunda tanış olub: "Üstündən 2 il keçəndən sonra Etibarın ad günündə oldum, orda münasibətimiz yarandı, sonra Etibar mənə öz qəzəllərini, şeirlərini göndərdi, mən də sənətə maraq göstərən bir insan kimi onun şeirlərini, qəzəllərini bəyənirdim. Etibar həbs olunandan sonra da münasibətlərimiz davam etdi, 3 dəfə onun yanına getdim".

F.Laçın E.Məmmədova açar verməsi haqqında da danışıb. O qeyd edib ki, E.Məmmədovun qaçmaq niyyətində olduğundan xəbərsiz olub: "Mənim ağlıma gəlməzdi ki, Etibar açarı qaçmaq üçün istəyir. O bilirdi ki, mənim bacım dəmir yollarında işləyir və ona görə də açarı məndən istədi. Sonra Aqil mənə zəng etdi, bacım dedi ki, mən Tiflisdəyəm və başqa bir nəfər vasitəsilə açar Aqilə verildi. Mən Etibarın qaçmaq niyyətində olduğunu bilmirdim, Etibar qaçan günü onu görməmişəm, qaçmamışdan 10-15 gün qabaq onu görmüşdüm, onun qaçması barədə xəbərlərdən eşitdim".

Daha sonra F.Laçın hakimin və digər vəkillərin suallarını cavablandırıb. Hakim bildirib ki, F.Laçın 32 dəfə telefon vasitəsilə E.Məmmədovla danışıb və ən uzun danışıq 40 dəqiqə 30 saniyə olub. F.Laçın E.Məmmədovla tez-tez danışdığını da bildirib.

Daha sonra cinayət işində təqsirləndirilən taksi sürücüsü Məhəmməd Hacıyev dindirilib. M.Hacıyev əvvəllər E.Məmmədovu tanımadığını bildirib: "Günay xanım mənə zəng elədi, ora gedəndə dedi ki, bir nəfəri aparmaq lazımdı, Etibar mənə dedi ki, "artıq-əksik danışma, hara deyirlər sür", mən də qorxduğum üçün onları apardım".

Daha sonra təqsirləndirilən konvoy rəisinin köməkçisi, baş çavuş Tural Poladxanov ifadə verib. O qeyd edib ki, onun vəzifəsi məhbusları etab edən zaman onları kameralara yerləşdirmək olub. "Vaqonda 9 kamera olub. Həmişəki kimi məhbusları yerləşdirdik, qapılar bağlandı, Etibar qatar yola düşməzdən əvvəl dedi ki, rəislə görüşmək istəyir. Sonra Etibarı rəisin otağına apardım, o rəisin otağında qaldı, mən də xidmətimin dalınca getdim. Sonra gördüm ki, bələdçinin otağında Günay xanım oturub. Xanımın orada oturması təlimata zidd idi".

Daha sonra məhkəmə iclası başa çatıb, növbəti iclasın avqustun 15-də davam etdirilməsi qərara alınıb.


 
Bölmənin digər xəbərləri
61 yaşlı Şeron Stoun yenə göz qamaşdırdı 61 yaşlı Şeron Stoun yenə göz qamaşdırdı
Hollivud ulduzu Şeron Stoun Los-Ancelesdə xeyriyyə tədbirinə qatılıb....
22.05.19
Günay sevgilisini bıçaqladı Günay sevgilisini bıçaqladı
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva uzun müddətdir birlikdə olduğu biznesmen sevgilisi Taha Tatlıcını bıçaqlayıb....
22.05.19
Manaf Ağayev: Manaf Ağayev: "Həyat yoldaşıma əl qaldırandan sonra peşman oldum"
"Toylar kralı" Manaf Ağayev şəxsi həyatından danışıb. ...
22.05.19
Brilliantın bacısı qızı: Brilliantın bacısı qızı: "Xalamı mənə qarşı doldururlar"
Müğənni Səidə Dadaşova "Səhər-səhər" verilişində qonaq olub....
22.05.19
Afaq Bəşirqızı: Afaq Bəşirqızı: "Onun çantasından 5 manat oğurladım"
Xalq artisti Afaq Bəşirqızı AzTV-də yayımlanan "Ağ və qara" proqramında "Ac uşağa görə oğurluq edərsiniz" sualını cavablandırıb. ...
22.05.19
Kıvançın arvadının restoranına hücum olundu Kıvançın arvadının restoranına hücum olundu
Türkiyəli aktyor Kıvanç Tatlıtuğun arvadı Başak Tatlıtuğun işlətdiyi restorana hücum olub....
22.05.19
Məşhur reper özünə 100 milyona təyyarə aldı Məşhur reper özünə 100 milyona təyyarə aldı
Dünya şöhrətli ifaçı Dreyk təyyarəsi olan varlılar karvanına qoşulub....
22.05.19
Şvarseneqqerə Afrikada hücum ediblər Şvarseneqqerə Afrikada hücum ediblər
Aktyor Arnold Şvarseneqqerə Cənubi Afrikada hücum ediblər....
22.05.19
"Toppuş" tibbi maskada aparıcılığa başladı
Bir müddət öncə xəstəliyinin metastaz verdiyini açıqlayan Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) aparıcılığa başlayıb....
22.05.19
Kənandan arvadına 60 minlik hədiyyə Kənandan arvadına 60 minlik hədiyyə
Türkiyəli aktyor Kənan İmirzalıoğlu evliliklərinin üçüncü ildönümündə həyat yoldaşı Sinəm Kobala sürpriz edib....
22.05.19
Elza Seyidcahan Heydər Əliyev adına Sarayda konsert verdi Elza Seyidcahan Heydər Əliyev adına Sarayda konsert verdi
Aprelin 28-də Heydər Əliyev adına Sarayda əməkdar artist Elza Seyidcahan konsert proqramı ilə çıxış edib. ...
29.04.19
Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə verildilər Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə verildilər
"Space" kanalının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasov xüsusi ittiham qaydasında məhkəməyə veriliblər....
16.04.19
Ancelina Coli və Bred Pitt rəsmən boşandılar Ancelina Coli və Bred Pitt rəsmən boşandılar
Ancelina Coli və Bred Pitt rəsmi şəkildə boşanıblar....
15.04.19
"Formula 1" zamanı Bakıda çıxış edəcək ikinci ulduz müğənni bəlli oldu
"Formula 1" üzrə Azərbaycan Qran Prisi çərçivəsində konsert proqramı ilə çıxış edəcək ikinci və son ulduz qonaq bəlli olub....
11.04.19
"Beauty star Azerbaijan-2" layihəsinin qala gecəsi keçirildi
“Avand production”nun təşkilatçılığı ilə "Beauty Star Azerbaijan -2" layihəsinin qala gecəsi baş tutub....
01.03.19
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.