Ağayev Ələkbər Aqil oğlu 2007-ci il sentyabrın 7-də Bakı şəhərində anadan olub. 15.09.2013-cü ildə Cəmil Niftəliyev adına 233 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. Hazırda həmin məktəbin 6-cı sinfində oxuyur. 2013-cü ilin sentyabrın 18-dən məşqçi Ehtiram Rzayevin qrupunda idmana yazılıb. Artıq 5 ildir ki, MMA (Mixed martial arts) - Qarışıq döyüş sənəti ilə məşğul olur.
Qədim Yunanıstanda yaranan bu idman növü üzrə 2 qat dünya çempionu və 1 dəfə Respublika çempionu olan Ələkbər, 5 il müddətində müxtəlif yarışlarda iştirak edərək 17 dəfə 1-ci yerin, 3 dəfə 2-ci yerin, 4 dəfə isə 3-cü yerin sahibi olub.
Axırıncı möhtəşəm qələbəsini isə 1 avqust 2018-ci ildə, Gürcüstanda keçirilən yarışda qazanıb. 30 kq çəkidə mübarizə aparan Ələkbərin bu yarışdakı rəqibi ermənistanlı idmançı olub. O, rəqibini 4:1 hesabı ilə məğlub edərək, 17-ci dəfə 1-ci yeri qazanaraq növbəti kuboka sahib olub...
12 yaşlı idmançımızı növbəti qələbəsi münasibətilə təbrik edir, bundan sonrakı yarışlarda da möhtəşəm qələbələr arzulayırıq.
Sərvər KAMRANLI