https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
https://525.az/img/pics/medium/2024-03/308247_oo9k2t4ndt.jpg Prezident Rəşad Məcidi təltif etdi
search
28 Mart 2024

Mircavadov: “Qarabağ”ın heyəti üç il əvvəl daha güclü idi”

Mircavadov: “Qarabağ”ın heyəti üç il əvvəl daha güclü idi”

“Dünənki qarşılaşmada hesab oyuna görə olmadı. “Qarabağ”ın oyunçuları daha soyuqqanlı olmalı idi. İlk hissədə “Qarabağ” bir neçə qol şansını boşa verdi. Gürcüstanlı legioner Gelaşvili iki dəfə qola çox yaxın oldu. Əsas da ikinci epizodu qeyd etmək istəyirəm ki, o qolu vurmamaq daha çətin idi, nəinki vurmaq. Ancaq əlbəttə ki, futbol səhvlərlə doludur”.

Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” – “Gefle” oyununu şərh edərkən deyib.

O qeyd edib ki, ilk oyunun nəticəsi “Qarabağ”ın növbəti mərhələyə adlamısı üçün yetərlidir. Həmçinin təcrübəli mütəxəssis növbəti mərhələyə keçməyin yollarından danışıb: “Hesabın 1:0 olması “Qarabağ”ı qane edə bilər. Komandamız mərhələni keçmək gücündədir. Onu da deyim ki,  rəqib mütləq cavab oyununda hücum futbolu oynayacaq. “Qarabağ” da bundan istifadə edə bilsə, işi çətin olmayacaq. Ancaq komandamız cavab oyununda daha yaxşı oynamalıdır. Çalışıb topu özündə daha çox saxlamalıdır. Dünənki qarşılaşmada fərdi oyun nəticəsində qol vuruldu. Cavab matçında “Qarabağ” müdafiədə otursa, işi çox ağır olacaq. Dünənki oyunun ikinci hissənin ardını səfərdə gətirməlidirlər. “Gefle” “Anortosis”lə oyunda 75-ci dəqiqədə iki qol vurmuşdu. “Anortosis” müdafiədə oturmaqla səhvə yol verdi. Ona görə də qapısından daha iki top buraxdı. Yəni bu komanda ilə müdafiədə oturmaq lazım deyil. Öz oyununla onları səhv etməyə məcbur etməlisən. Dünənki qarşılaşmada “Qarabağ”ın sol cinahı çox xoşuma gəldi. Əsasən də Ansi Aqollinin və braziliyalı legionerlərin yaxşı keçidləri oldu. Səfər oyununda da bu iş görülməlidir. Ancaq eyni zamanda ağıllı və sakit oynamaq lazımdır. Bilirəm ki, “Qarabağ”da o təmkin var. Topu özündə saxlamaqla münasib məqam gözləyirlər. Ancaq komanda topu hücuma qoşmaq üçün özündə saxlamalıdır. Dünən rəqibin müdafiə və orta xəttində böyük yorğunluq hiss olunurdu. Ona görə də “Qarabağ” özündə top saxlamaqla rəqibi yormalıdır. Əminliklə deyə bilərəm ki, “Gefle” keçiləsi rəqibdir”.   

A.Mircavadov “Qarabağ”ın inkişafda olduğunu və baxımlı oyunları ilə yadda qaldığını desə də, əvvəliki illərdəki heyətinin daha güclü olduğunu bildirib: “Qarabağ”ın heyəti üç il əvvəl daha güclü idi. O vaxt demişdim ki, “Qarabağ” çempion olmalıdır. Ancaq nədənsə, onlarda alınmadı. Ona görə komandanın bəzi üzvləri getdi. Əgər həmin dövrdə “Qarabağ” çempion olsaydı, futbolçular da komandada qalardı və daha da artım olacaqdı. Futbolçular daha inamlı olardı. İndi də “Qarabağ” çox güclüdür. Ancaq mən üç il əvvəlki heyəti daha çox bəyənirdim. Bunun bir səbəbi də odur ki, komandanın 80 faizi azərbaycanlı futbolçular idi”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.