https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
28 Mart 2024

Yaponiya komandası “Judo Club 2012”-ni seçdi

Yaponiya komandası “Judo Club 2012”-ni seçdi

Bu il sentyabrın 20-27-də Bakıda Milli Gimnastika Arenasında keçiriləcək cüdo üzrə böyüklər arasında 2018-ci il dünya çempionatınıda iştirak edəcək Yaponiya komandası artıq respublikamızın paytaxtındadır.

Cüdonun vətənindən gəlmiş idmançılar sentybarın 14-dən paytaxtımızın tanınmış klublarından olan “Judo Club 2012”-nin zallarında gündə iki dəfə məşq keçməyə başlayıblar.

Bu barədə məlumatı 525.az-a klubun icraçı direktoru Hafiz Hacıyev verib.

O, bildirib ki, Yaponiya Cüdo Federasiyasının nümayəndələri  milli komandanın dünya çempiontına hazılığının son mərhəsini Azərbaycanda  təşkil etmək üçün hələ  iyul ayında ölkəmizdə olublar. Yapon mütəxəssislər öz tələblərinə və standartlarına uyğun yer seçmək üçün bir slra idman arenalarına baş çəkib, mövcud vəziyyəti yerində öyrəndikdən sonra yekdilliklə  “Judo Club 2012”-nin üzərində dayanıblar. Belə ki, qonaqlar buradakı zalların və köməkçi infrastrukturun cüdo üzrə məşqləri ən yüksək səviyyədə təşkil etməyə imkan verdiyi üçün onları tam qane etdiyini bildiriblər. Xalqımızın qonaqpərvərlik ənənəsinə əsasən, bütün bu təsəsrrüfatın Yaponiya komandasının istifadəsinə təmənnasız olaraq  verilməsi barədə klub rəhbərliyinin qərarını isə gündoğar ölkənin nümayəndələri böyük minnətdarlıq hissi ilə qarşılayıblar.

“Judo Club-2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, cüdo üzrə veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə mükafatçısı olmuş  Azər Əsgərov qonaqlara  “harada tatami varsa, orada yaponlar özlərini ev sahibi saya bilərlər” deyərək,  klubda onlar üçün hər cür şərait yaradılacağını bildirib.

Qeyd edək ki, cüdo üzrə Yaponiya millisi ölkəmizdə ilk dəfə keçiriləcək dünya çempionatına, idmançılar, məşqçilər və yardımçı heyət daxil olmaqla, 90 nəfərlik heyətlə gəlib. 

Bundan başqa, dünya şempionatında Yeni Zelandiyanı təmisl edəcək üç cüdoçu da yarışlara son hazırlıqlarını “Judo Club-2012”də keçirlər.  Klubda onlara da təmənnasız xidmət göstərilir.

Azərbaycanda cüdonun inkişafına, ionun kütləviliyinin artırılmasına dəstək vermək məqsədilə altı il əvvəl yaradılmış “Judo Club-2012” qısa müddətdə özünün nailiyyətləri ilə ölkəmizin idman ictimaiyyətinin rəğbətini qazanıb. Klubun ən müasir dünya standartlarına cavab verən məşq bazasında nüfuzlu məşqçilərin yetişdirdiyi idmançılar son vaxtlar cüdo, karate, sambo və digər idman növləri üzrə yerli və beynəlxalq miqyaslı yarışlarda yüksək nəticələr göstərirlər.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.