../img/pics/medium/135303_zi52sdwglv.png DİM Nazirlər Kabinetinin müsabiqədənkənar qəbul qərarını şərh etdi
../img/pics/medium/135301_67uezibahp.jpg Bir məruzənin təəssüratı - Firuzə Nadir
../img/pics/medium/135300_071wfcab4j.jpg Əlvida, ədəbiyyat!.. - Nisə Bəyim yazır
../img/pics/medium/135299_75v6sh84sk.jpg Bu şənbə "525-ci qəzet"də - ANONS
SON XƏBƏRLƏR
24 May 2019

Fədayə Laçının məhkəməsi davam edir

Fədayə Laçının məhkəməsi davam edir <b style="color:red"></b>

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Əli Dadaşov bildirib ki, Bakıdan-Lənkərana etab olunan dustaqlardan heç birini tanımır: "Həmin gün etab olunmuşam. Lakin qatara minən kimi yatmışam. Bir də düşəndə durmuşam. Heç nədən xəbərim olmayıb".

Məhkəmədə şahidin istintaqa verdiyi ifadə elan edilib. İfadədə göstərilib ki, "Qoca" ilə Tahir Məlikov onunla bir neçə dəfə etab olunub: "Həmin vaxtı onlar qatarda sərbəst hərəkət edirdilər. Qatarda iki nəfərlik kupelər vardı. Həmin kupelər dustaqlara pulla satılırdı. Tahirlə "Qoca" həmin pullu yerlərdə gedib-gəlirdilər".

Şahid istintaqda belə bir ifadə vermədiyini, onun adından müstəntiqin yalan ifadə yazdığını bildirib.

Daha sonra prosesdə şahid qismində dindirilən Cəlil Əliyev də bildirib ki, istintaqa ifadə verməyib və yalnız sənədlərə qol çəkib: "Dustağam, dedilər qol çək, mən də çəkdim. Hadisə olan vaxtı etab olunan dustaqlardan biri olmuşam. Heç nə görməmişəm. "Qoca"nı dustaq kimi tanımışam. Bir neçə dəfə onunla birgə etab edilmişik".

Şahidin istintaqa verdiyi ifadəsində isə bildirilib ki, "Qoca" vaqonda rahat gəzirdi: "O çox sərbəst idi. Ədliyyə işçiləri ilə çox mehriban idi. Bu mənə çox təəccüblü gəlirdi. "Qoca" dəhlizdə o yana-buya rahat gəzirdi, kameralara baxırdı. Orda "Qoca"ya göy rəngli çanta verdilər".

Şahid bu sözlərin heç birinin ona aid olmadığını bildirib.

Vəkil Eynulla Vəliyev bu gün dindirilən hər iki şahidin ifadəsinin sübutlar siyahısından çıxarılmasını tələb etsə də, vəsatət baxılmamış sayılıb.

Proses sentyabrın 26-da davam etdiriləcək.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə təqsirləndirilən şəxs qismində daha 12 nəfər həbs edilib.


 
Bölmənin digər xəbərləri
61 yaşlı Şeron Stoun yenə göz qamaşdırdı 61 yaşlı Şeron Stoun yenə göz qamaşdırdı
Hollivud ulduzu Şeron Stoun Los-Ancelesdə xeyriyyə tədbirinə qatılıb....
22.05.19
Günay sevgilisini bıçaqladı Günay sevgilisini bıçaqladı
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva uzun müddətdir birlikdə olduğu biznesmen sevgilisi Taha Tatlıcını bıçaqlayıb....
22.05.19
Manaf Ağayev: Manaf Ağayev: "Həyat yoldaşıma əl qaldırandan sonra peşman oldum"
"Toylar kralı" Manaf Ağayev şəxsi həyatından danışıb. ...
22.05.19
Brilliantın bacısı qızı: Brilliantın bacısı qızı: "Xalamı mənə qarşı doldururlar"
Müğənni Səidə Dadaşova "Səhər-səhər" verilişində qonaq olub....
22.05.19
Afaq Bəşirqızı: Afaq Bəşirqızı: "Onun çantasından 5 manat oğurladım"
Xalq artisti Afaq Bəşirqızı AzTV-də yayımlanan "Ağ və qara" proqramında "Ac uşağa görə oğurluq edərsiniz" sualını cavablandırıb. ...
22.05.19
Kıvançın arvadının restoranına hücum olundu Kıvançın arvadının restoranına hücum olundu
Türkiyəli aktyor Kıvanç Tatlıtuğun arvadı Başak Tatlıtuğun işlətdiyi restorana hücum olub....
22.05.19
Məşhur reper özünə 100 milyona təyyarə aldı Məşhur reper özünə 100 milyona təyyarə aldı
Dünya şöhrətli ifaçı Dreyk təyyarəsi olan varlılar karvanına qoşulub....
22.05.19
Şvarseneqqerə Afrikada hücum ediblər Şvarseneqqerə Afrikada hücum ediblər
Aktyor Arnold Şvarseneqqerə Cənubi Afrikada hücum ediblər....
22.05.19
"Toppuş" tibbi maskada aparıcılığa başladı
Bir müddət öncə xəstəliyinin metastaz verdiyini açıqlayan Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) aparıcılığa başlayıb....
22.05.19
Kənandan arvadına 60 minlik hədiyyə Kənandan arvadına 60 minlik hədiyyə
Türkiyəli aktyor Kənan İmirzalıoğlu evliliklərinin üçüncü ildönümündə həyat yoldaşı Sinəm Kobala sürpriz edib....
22.05.19
Elza Seyidcahan Heydər Əliyev adına Sarayda konsert verdi Elza Seyidcahan Heydər Əliyev adına Sarayda konsert verdi
Aprelin 28-də Heydər Əliyev adına Sarayda əməkdar artist Elza Seyidcahan konsert proqramı ilə çıxış edib. ...
29.04.19
Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə verildilər Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə verildilər
"Space" kanalının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasov xüsusi ittiham qaydasında məhkəməyə veriliblər....
16.04.19
Ancelina Coli və Bred Pitt rəsmən boşandılar Ancelina Coli və Bred Pitt rəsmən boşandılar
Ancelina Coli və Bred Pitt rəsmi şəkildə boşanıblar....
15.04.19
"Formula 1" zamanı Bakıda çıxış edəcək ikinci ulduz müğənni bəlli oldu
"Formula 1" üzrə Azərbaycan Qran Prisi çərçivəsində konsert proqramı ilə çıxış edəcək ikinci və son ulduz qonaq bəlli olub....
11.04.19
"Beauty star Azerbaijan-2" layihəsinin qala gecəsi keçirildi
“Avand production”nun təşkilatçılığı ilə "Beauty Star Azerbaijan -2" layihəsinin qala gecəsi baş tutub....
01.03.19
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.