https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
https://525.az/img/pics/medium/2024-04/311276_uky9bje22g.jpg "Şeirin taleyi haqqında son hökm oxucunundur..."
search
25 Aprel 2024

“Judo Club 2012”də yapon master-klassı - Foto

“Judo Club 2012”də yapon master-klassı - Foto

Dünya şöhrətli cüdoçular azərbaycanlı məşçilərə və idmançılara öz məharətlərini göstərdilər

Bu il sentyabrın 20-27-də Bakıda Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə növbəti dünya çempionatı uğurla başa çatıb. Bu mötəbər yarış Prezidenti İlham Əliyevin, bütün sahələrdə olduğu kimi, idman sahəsində də həyata keçirdiyi uğurlu siyasət sayəsində ölkəmizin  beynəlxalq idman aləmində qazandığı  böyük nüfuz və etimadı bir daha nümayiş etdirib.

Çempionatın lideri olan Yaponiya komandası yarışlara hazırılığn son mərhələsini “Judo Club 2012” idman klubunun dünya standartlarına cavab verən məşq bazasında keçirib. Sentyabrın 14-dən Bakıya gəlmiş dünya şöhrətli çüdoçuların burada yaradılmış şəraiti yüksək dəyərləndiriblər. 

Xalqımızın qonaqpərvərlik ənənələrinə əsaslanan klub rəhbərliyi isə cüdonun vətənindən gəlmiş idmançılara təmənnasız xidmət göstərilməsinə qərar verib. “Judo Club-2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, cüdo üzrə veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə mükafatçısı olmuş  Azər Əsgərov qonaqlara  “harada tatami varsa, orada yaponlar özlərini ev sahibi saya bilərlər” deyərək,  klubda onlar üçün hər cür şərait yaradılacağını bildirib.

Bakıya tam heyətlə - 18 cüdoçu ilə gələn və dünya çempinotanında 16(7 qızıl, 5 gümüş və 4 bürünc) medal qazanan "Gündoğar ölkə"nin cüdoçuları bu möhtəşəm uğurda “Judo Club-2012”nin də payının olduğu qənaətindədirlər.

Azərbaycanda gördüikləri qonaqpərvərliyə cavab olaraq Yaponiya komandası çempionat başa çatdıqdan sonra “Judo Club-2012”idman klubunda master-klass təşkil etmək barədə təşəbbüs irəli sürüb və sentyabrın 28-də bunu gerçəkləşdiriblər. Master-klassa ölkəmizin tanınmış klublarından məşqçilər və idmançılar dəvət olunublar.

Azərbaycan cüdo tarixində ilk dəfə keçirilən bu mötəbər tədbirə tam heyətlə gələn Yaponiya millisi “Judo Club-2012”nin geniş məşq zalına toplaşmış azərbaycanlı məşqçilər və idmançılar tərəfindən alqışlarla qarşılanıb. Klubun baş məşqçisi Əməkdar İdman Ustası Tərlan Həsənov döşək üzərində cüdo qaydalarına uyğun dövrə vurmuş master-klass iştirakçıları adından qonaqları salamlayıb, onları Bakıdakı qələbə münasibətilə təbrik edib. Yaponiyaya komandasına “Judo Club-2012” idman klubunun rəhbərliyi adından qiymətli hədiyyə və xatirə vımpelləri təqdim olunub.

Yaponiya yığma komandasının rəhbərliyi isə klubun rəhbərlərinə xüsusi diplomla mükafatlandırıblar.

Sonra yapon cüdo ustaları - dünya çempionu (2010) Akimodo Hiroyuki, dünya (2003) və olimpiya (2004) çempionu Sudzuki Keiji, üçqat dünya çempionu, Sidney Olimpiadasının (2000) qalibi  İnoue Kosey vəqadınlar arasında  Afina olimpiadasının (2004) qalibi, dünya çempionu (2007) Tsukada Maki öz ustalıqlarını nümayiş etdirib, müxtəlif fəndlərin yerinə yetirilməsi barədə nəzəri və praktik tövsiyələr verib, azərbaycanlı məşqçilərin suallarını cavablandırıblar.

Bir neçə saat davam edən master-klass azərbaycanlı məşqçilər üçün faydalı olmaqla yanaşı, məşq zalına toplaşmış çoxsaylı uşaq və yeniyetmə cüdoçularımızın yaddaşında unudulmaz hadisə kimi qalacaqdır.

Yaponiya və Azərbaycan cüdoçuları dostluq və əməkdaşlıq əlaqələrini bundan sonra da davam etdirəcəklərini bildiriblər.

“Judo Club 2012”də yapon master-klassı - Foto

“Judo Club 2012”də yapon master-klassı - Foto

“Judo Club 2012”də yapon master-klassı - Foto

“Judo Club 2012”də yapon master-klassı - Foto

Şəkil sayı: 4
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.