|
|
|
|
Bu gün istintaq orqanının sabiq deputat Gülər Əhmədova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı verdiyi təqdimata baxılıb.
G. Əhmədovanın vəkili Əfsər Talıbovun APA-ya verdiyi məlumata görə, Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbirinin 3 ay uzadılması barədə qərar qəbul olunub.
Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.1-ci maddələri ilə təqsirləndirilir.