|
|
|
|
Feysbuk şirkəti 50 milyona yaxın istifadəçinin profilinə təsir edən təhlükəsizlik probleminin aşkarlandığını açıqlayıb.
Trend-in məlumatına görə, texniki boşluq şirkətin mühəndisləri tərəfindən aradan qaldırılıb.
Lakin, hücum olunan profillərdəki məlumatların başqa məqsədlər üçün istifadə edilib-edilmədiyi hələki məlum deyil.
Bu açıqlamadan sonra Feysbuk şirkətinin dəyəri 3 faiz ucuzlaşıb.
Şirkətin təhlükəsizlik şöbəsinin rəhbəri Qay Rozen yaranan problemə görə istifadəçilərdən üzr istəyib.