https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
28 Mart 2024

AFFA "Qarabağ"a “Ayntraxt”la oyun öncəsi güzəşt etməlidir

AFFA "Qarabağ"a “Ayntraxt”la oyun öncəsi güzəşt etməlidir

Avqustun 22-də Avroliqanın pley-off mərhələsində Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq “Qarabağ” matç ərəfəsində çətin duruma düşə bilər.

Məsələ burasındadır ki, avqustun 14-də Azərbaycan milli komandasının Malta ilə yoxmama oyunu səbəbindən Ağdam klubunun beş aparıcı oyunçusu -  Rəşad Sadıqov, Qara Qarayev, Maksim Medvedyev, Badavi Hüseynov və Vüqar Nadirov yığmaya dəvət alıb. Onlar avqustun 12-dən 15-dək alman baş məşqçi Berti Foqtsun sərancamında olmalıdır. Bu isə o deməkdir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Ayntraxt”la oyuna lazımi səviyyədə hazırlaşa bilməyəcək. Bundan başqa, artıq təcrübədən də məlumdur ki, adətən, “Qarabağ”ın oyunçuları millinin düşərgəsindən ya zədəli halda qayıdır, ya da klubda lazımı səviyyədə çıxış edə bilmirlər. Onlarla belə fakdan biri. 2009-cu ilin elə bu vaxtlarında Rəşad Sadıqov millinin düşərgəsində olarkən zədə almış, bu səbəbdən “Qarabağ”ın pley-off mərhələsində Hollandiya “Tvente”si ilə hər iki oyununu buraxmaq məcburiyyətində qalmışdı. Komandanın müdafiə xəttindəki bu ciddi itki ona gətirib çıxarmışdı ki, “Qarabağ” Enshedədəki matçda 1:3 hesablı ilə uduzmuş, Bakıdakı təkrar görüşdə isə 0:0 hesabı ilə bərabərə qalaraq mübarizəni dayandırmışdı.

Yeri gəlmişkən, Rəşadla bağlı eyni hal “Aytraxtla” oyunda da təkrarlana bilər. Çünki hazırda “Qarabağ”ın və millinin kapitanı zədəlidir. Əldə etdiyimiz məlumata görə, Sadıqov dünən “Gefle” ilə oyunu buraxa bilərmiş. Yalnız ağrıkəsici iynə vurdurduqdan sonra ağrıları nisbətən azalan Rəşadın adı matçın başlamasına cəmi 10 dəqiqə qalmış oyunun iştirak ərizəsinə salınıb.

Ümumiyyətlə, hazırkı durumda söhbət təkcə Rəşad Sadıqovdan yox, “Qarabağ”ın başqa oyunçularından da gedir. Bu beş futbolçudan hansısa biri (və ya bir neçəsi, ya da hamısı) millinin düşərgəsindən zədəli qayıda bilər. Belə olan halda, təbii ki, zərbə birbaşa “Qarabağ”ın özünü dəyəcək, baş məşqçi Qurban Qurbanovun planları isə alt-üst olacaq. Bu mənada, hazırkı durumda “Qarabağ”ın futbolçularının Azərbaycan millisi üçün hec bir əhəmiyyəti olmayan, yalnız hazırlıq mahiyyəti daşıyan Malta ilə oyuna çağırılması Azərbaycan futbolunun Avroliqadakı mümkün boyük uğurunun  - “Qarabağ”ın Avropa Liqasının qrupuna düşməsinin qarşısında əngəl ola bilər.

Ona görə də AFFA rəhbərliyi Azərbaycan futbolu üçün həssas olan belə bir məqamda baş məşqçi Berti Foqtsu “Qarabağ”ın futbolçularını Maltayla oyuna dəvət etməklə bağlı qərarından daşındırmalıdır. Əks halda, federasiya rəhbərliyi “Qarabağ”ın “Ayntraxt”la oyununda qeydə alına biləcək uğursuzluğa görə az məsuliyyət daşımayacaq.

Yeri gəlmişkən, “Qarabağ”ın “Ayntraxt”la oyuna lazimi səviyyədə hazırlaşması üçün Peşəkar Futbol Liqası Ağdam komandasının avqustun 18-də “Xəzər  Lənkəran”la keçirəcəyi Topaz Premyer Liqanın üçüncü turunun oyununu da təxirə salmalıdır. Hər halda, ümid edək ki, ötən il “Neftçi”nin Avroliqadakı çıxışına görə Premyer Liqanın təqvimində bir neçə dəfə dəyişiklik edən PFL Azərbaycan futbolunun mənafeyi naminə “Qarabağ”a münasibətdə də eyni addımı atacaq.

“Qarabağ” bu il Azərbaycan futbolu üçün gücü çatan hər şeyi edib. İndi isə bu komandaya dəstək vaxtıdır. Ən birinci isə AFFA, sonra PFL tərəfindən.


Qol.Az

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.