MDB Dövlət başçılarının Şurası oktyabrın 25-də Minskdə keçiriləcək. ANS PRESS-in məlumatına görə, bu barədə MDB İcraedici Katibliyi xəbər yayıb.
Tədbir ərəfəsində bu şəhərdə MDB dövlətləri xarici işlər nazirlərinin görüşü olacaq. Görüşdə prezidentlərinin sammiti müzakirə eiləcək.
Avqustun 20-də Minskdə keçiriləcək Daimi Nümayəndələr Şurasının iclasında isə Şura üzvləri MDB İcaredici Katibliyi ilə birlikdə xarici işlər nazirləri və prezidentlərin qarşıdakı görüşünün gündəliyinin sənəd layihələrini hazırlamalıdırlar.
MDB Xarici İşlər Nazirləri Şurasının gündəliyinə 20 sənəd layihəsi daxildir. Onlar arasında turizm sahəsində əməkdaşlıq strategiyası da var.
Dövlət başçılarının iclasının ilkin gündəliyinə 18 məsələ daxildir. MDB Xarici İşlər Nazirləri Şurası onlar arasında 2014-cü ilin MDB-də Turizm İli elan edilməsini təsdiq edib.
Bundan başqa, MDB Xarici İşlər Nazirləri Şurası terrorizm və ekstremizm ilə mübarizə sahəsində bir sıra məsələləri nəzərdən keçirəcək.