Ermənilər işğal etdikləri Dağlıq Qarabağ bölgəsinin təbii ehtiyatlarını talamaqda davam edirlər.
APA-nın “NEWS.am”a istinadən yaydığı məlumata görə, qondarma “DQR prezidentinin” müşaviri Qriqori Qabrielyants bildirib ki, “Dağlıq Qarabağ hökumətinin əsas proqramlarından biri qeyri-metal xassəli təbii ehtiyatların axtarışıdır”. Ermənilər işğal dövründə Dağlıq Qarabağda mərmər, tuf daşı, inşaat daşı yataqlarını mənimsəməyə başlayıblar. Qriqori Qabrielyants Dağlıq Qarabağda ağ mərmər yataqlarındakı ehtiyatların milyonlarla kubmetr olduğunu deyib.