https://525.az/img/pics/medium/2024-04/310725_mwhj16sh30.jpg Ekoloji sağlamlıq ölkəmizdə dövlət siyasəti prioritetidir
https://525.az/img/pics/medium/2024-04/310717_1fivjqvlxn.jpeg Sabiq səfir həqiqətləri açıqlayır
https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
search
20 Aprel 2024
19 Aprel 2024

15.10.12-nin sirri açıldı

15.10.12-nin sirri açıldı

İngiltərənin “Mançester Yunayted” klubu Azərbaycanda futbol akademiyası açır.

Qol.Az-ın məlumatına görə, bu məqsədlə oktyabrın 15-də əfsanəvi klubun nümayəndələri iştirakı ilə Bakıda tədbir keçiriləcək. Həmin tədbirdə akademiyanın faəliyyəti ilə bağlı geniş məlumat veriləcək.

Tədbirin təşkilatçılarından Qol.Az saytına göndərilən press-relizdə deyilir:

“Məlum olduğu kimi, son illər bir o qədər də yaxşı nəticələr göstərməyən Azərbaycan futbolunun inkişafında keyfiyyətli sıçrayış müşahidə olunur. Bu inkişaf futbolumuza qoyulan sərmayələrlə, keçmiş illərlə müqayisədə klublarımızın rəhbərliyinin daha savadlı işi, xarici mütəxəssislərin cəlb olunması, eləcə də uşaq-gənclər futboluna göstərilən diqqət və digər amillərlə bağlıdır. “Neftçi” klubunun Avropa arenasında uğurlarını və Azərbaycan milli futbol komandasının ümid doğuran oyun və göstərdiyi nəticələri məhz bu amillərin vəhdəti ilə izah etmək olar.

Şübhəsiz ki, bu uğurlar ölkə xaricində də müəyyən maraq doğurur. Xarici klublar, o cümlədən Avropa qrandları gənc futbolçularımıza daha çox maraq göstərir, öz ehtiyat və gənclərdən ibarət olan komandalarına dəvət edirlər.

Paytaxt küçələrində dünya futbolunun nəhəngi olan “Mançester Yunayted” klubu ilə bağlı çöl reklam vasitələrinin peyda olunması ilə əlaqədar bir çoxlarında sual yaranır ki, həmin reklam hansı hadisəyə həsr oluna bilər. Reklamın məzmununu xatırladaq: 15, 10 və 12 nömrələri vasitəsilə (hal-hazırda bu nömrələrin sahibləri müvafiq olaraq Vidiç, Runi və Smollinqdir) konkret tarixə və həmin tarixdə baş verəcək hadisəyə eyham edilir. Mətndə deyilir: “15.10.12 tarixinə hazırsan?” Bu reklam aksiyasına məxsusən həsr olunmuş vebsaytda xəbər verilir ki, bu tarixdən etibarən çox şey dəyişəcək. Həmin saytda həmçinin Azərbaycanı salamlayan və ölkəmizə yaxınlıqda gələcəkləri barədə söyləyən “MU” oyunçularının iştirakı ilə virus çarxları da izləmək mümkündür.

Zənnimizcə, hər şey aydındır: əfsanəvi klubun nümayəndələri Bakıya konkret missiya ilə, yəni “Mançester Yunayted” futbol akademiyasının açılışı məqsədilə təşrif buyuracaqlar. Ölkəmizdə İngiltərə klubunun populyarlığını nəzərə alsaq, təxmin etmək olar ki, bu hadisə böyük ajiotaj doğuracaq, gələcəkdə isə akademiyaya daxil olmaq istəyənlərin sayı həddindən artıq çox olacaq. Hər halda, “Mançester Yunayted” futbol akademiyasının açılışı kimi əlamətdar hadisə və onunla bağlı tədbirlər dünya idman cəmiyyətinin Azərbaycan futboluna maraq göstərdiyini bir daha təsdiq edir və futbolumuzun inkişaf etdirilməsinə ümid verir”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.