Bütün özəl təhsil müəssisələrinin lisenziya tələblərinə uyğun fəaliyyət göstərib-göstərmədiyini araşdırmaq üçün monitorinqlər keçiriləcək.
Bunu 525.az-a açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, monitorinqlər İqtisadi İnkişaf Nazirliyi ilə birgə keçiriləcək:
“"Hər il təhsil müəssisələri onlarda lisenziya şərtlərinə uyğun olaraq hansı dəyişikliklərin baş verdiyi barədə Təhsil Nazirliyinə məlumat verirlər. Monitorinq də həmin dəyişikliklərin yoxlanması məqsədilə həyata keçiriləcək”.
S.QARAYEVA