https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
28 Mart 2024

Azərbaycanla Türkiyə arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlıq müzakirə edildi

Azərbaycanla Türkiyə arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlıq müzakirə edildi

“Türk Loydu Uyğunluq Qiymətləndirmə Xidmətləri” təsnifat cəmiyyətinin idarə heyətinin sədri və digər rəhbər şəxsləri ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyində görüş keçirilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, Azərbaycanla Türkiyə arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində dəniz nəqliyyatı sahəsində əldə olunan uğurlardan danışıb. Q.Qurbanov donanmanın yenilənməsi istiqamətində görülən işlər, respublikamızın nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhvə, qazanılan nəaliyyətlərdən söz açıb.

Tarixi inkişaf yolu keçən dəniz nəqliyyati bütün zamanlarda öz əhəmiyyətliyini saxlayıb deyən Q.Qurbanovun sözlərinə görə, Azərbaycan 1995-ci ilin may ayında BMT-nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatına tam səlahiyyətli üzv qəbul olunub. Ölkəmiz Beynəlxalq Dəniz Təşkilatına üzv olduğu tarixdən etibarən dəniz nəqliyyatı sahəsində 20-dən çox beynəlxalq konvensiya və protokola qoşulub.

Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun 2017 – ci ilin 28 may – 06 iyun tarixlərində keçirdiyi audit yoxlama barədə danışan Q.Qurbanov vurğulayıb ki, yoxlamanın nəticələrinə əsasən Respublikamız 174 dünya dəniz dövləti sırasında ən qabaqcıllar olan Avropa dövlətlərini geridə qoyaraq, statistika üzrə ön sırada yer tutub.

Görüşdə eyni zamanda “Türk Loydu” təsnifat cəmiyyətinin ölkəmizdə fəaliyyətinin genişləndirməsi üçün münbit şəraitin olduğu, Respublikamızda ticarət gəmiçiliyi sahəsinin getdikcə inkişaf etdiyi, bu şəraitdən istifadə edərək gəmilərə texniki nəzarət sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd edildi. Azərbaycan dənizçilərinin təcrübəsi və fəaliyyətindən söz açılıb, istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərdə təcrübəli azərbaycanlı dənizçilərin olduğu diqqətə çatdırılıb.

Görüşdə, 2014 – cü il 15 – 19 sentyabr, 2018 – ci il 06 – 10 avqust tarixilərində Dövlət Dəniz Agentliyinin əməkdaşları tərəfindən “Türk Loydu” təsnifat cəmiyyətində həyata keçirilən yoxlamalardan söz açılaraq bildirildi ki, bu yoxlamalar Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində yerli qanunvericiliyinin, eyni zamanda Beynəlxalq Dəniz Təşkilatının (BDT) “Tanınmış Təşkilatlar haqqında Məcəllə”sinin (RO Code), MSC.349(92), A.739(18) və A.789(19) nömrəli Qətnamələrinin tələblərinə uyğun olaraq həyata keçirilib.

Görüşdə bir sıra maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Daha sonra qonaqlar Xəzəryanı ölkələrdə ilk dəfə olaraq Azərbaycanda yaradılan, ən son naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilən Milli Mərkəzlə tanış oldular.

Qonaqların diqqətinə çatdırldı ki, “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın (SOLAS) tələblərinin yerinə yetirilməsi məqsədilə yaradılan Milli Mərkəzin əsas funksiyaları Azərbaycanın ərazi sularında üzən gəmilərin mövqeyinin peyk və radarlar vasitəsilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması, “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”na riayət olunmasına nəzarətin həyata keçirilməsindən, gəmilərdən daxil olan həyəcan siqnallarının (SOS) və digər məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi və əlaqələndirmənin təşkilindən, habelə beynəlxalq təşkilatlar daxil olmaqla, digər ölkələrin eyni adlı milli mərkəzləri və gəmiçilik şirkətləri ilə mütəmadi olaraq operativ əlaqənin yaradılması və informasiya mübadiləsinin həyata keçirilməsindən ibarətdir.

Milli Mərkəz öz texniki təchizatı baxımından bir çox qabaqcıl Avropa dövlətlərinin oxşar qurumlarından daha üstündür. Milli mərkəzdə işə cəlb olunmuş mütəxəssislər isə xarici ölkələrin müvafiq mərkəzlərində xüsusi təlimlər keçiblər.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.