https://525.az/img/pics/medium/2023-04/263333_b6bcw5udnj.jpg Kamil Vəli Nərimanoğlunun son arzuları - Əli Şamil yazır
https://525.az/img/pics/medium/2022-02/217791_39zaqiclvy.jpg Paris-Afina-Tbilisi-İrəvan marşrutu ilə Fransadan Ermənistana silah-sursat - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2023-10/289144_y5l42v7hbi.jpg İrəvanda anadilli mətbuatımızın təməl daşı: 110 yaşlı "Ləklək"
https://525.az/img/pics/medium/2024-03/307218_8ptmqq5r42.jpg Təbib olsam...
search
19 Mart 2024
18 Mart 2024

Polis azərbaycanlı müğənnini cərimələdi

Polis azərbaycanlı müğənnini cərimələdi

Yerli şou-biznesdə yaşanan daha bir müharibəyə son qoyulub.

ANS PRESS-in məlumatına görə, populyar müğənni Natəvan Həbibi və tanınmış klipmeyker Zöhrab Ağayev arasındakı insident başa çatıb. Telefon zəngləri və mesajlarla Zöhrab Ağayevi təhqir edən və hədələyən Natəvan Həbibi klipmeykerin yazılı müraciətindən sonra Səbayel rayon 9-cu Polis Bölməsinə çağrılıb, izahatı alındıqdan sonra sərbəst buraxılıb. Müğənni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə əsasən 52 AZN məbləğində cərimə olunub.

Zöhrab Ağayev işin gedişatı ilə razılaşmayıb, sona qədər gedəcəyinə qərar versə də, İlhamə xanım onu bu fikrindən daşındırıb. Primadonna populyar müğənni Natavan Həbibi ilə qalmaqallı klipmeyker Zöhrab Ağayev arasındakı insidentin uzadılmamasını istəyib. Nəticədə klipmeyker xalq artistinin sözünü yerə salmayıb. "Natəvanın polis idarəsində yazdığı izahatla tanış oldum. Əməllərindən peşman olduğunu yazıb. Qanun pozuntusu olmasaydı, Natəvan Həbibi cərimə olunmazdı. Amma bu qədər təhqirlər və təhdidlərdən sonra 52 manat cərimə ilə canını qurtarması heç xoşuma getmədi və çıxarılan qərardan şikayət etməyi düşünürdüm. İlhamə xanım Quliyeva olmasaydı, Natəvan Həbibinin anasından əmdiyi südü burnundan gətirəcəkdim. İlhamə xanımı o qədər çox istəyirəm ki, onun sözünü yerə salmaq mənə yaraşmaz. Amma Natəvanla mənim aramda heç vaxt barışıq ola bilməz. Bundan sonra elə bir insan mənim üçün bu dünyada yoxdur!”, - deyə o vurğulayıb.

Öz növbəsində Natəvan Həbibi ANS PRESS-ə açıqlamasında baş verənlərlə bağlı heç bir açıqlama vermək istəmədiyini bildirdi.

Xatırladaq ki, ötən həftə tanınmış klipmeyker Zöhrab Ağayev və populyar müğənni Natəvan Həbibi arasında yaşanan insident o vəziyyətə çatıb ki, klipmeyker şikayət ərizəsi ilə Səbayel rayon 9-cu Polis Bölməsinə müraciət etmək məcburiyyətində qalıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.