https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
28 Mart 2024

Sahil Babayev boccia üzrə beynəlxalq yarışda medal qazanan idmançılarla görüşdü

Sahil Babayev boccia üzrə beynəlxalq yarışda medal qazanan idmançılarla görüşdü

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu günlərdə İtaliyada keçirilən beynəlxalq səviyyəli Açıq Regional Çempionatda iştirak edərək 1 qızıl, 3 bürünc medal qazanan Boccia üzrə Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirib.

Nazirlikdən verilən məlumata görə, görüşdə S.Babayev bildirib ki, boccia idman növü üzrə paralimpiya komandamızın beynəlxalq yarışda ilk dəfə medal qazanması ötən dövrdə Azərbaycan paralimpiyaçılarının müxtəlif idman növləri üzrə mötəbər beynəlxalq yarışlarda qazandıqları parlaq qələbələrin davam etdirildiyini göstərir. Nazir komandanın üzvlərini ilk dəfə olaraq beynəlxalq səviyyəli yarışda uğur qazanmaları münasibəti ilə təbrik edib. O diqqətə çatdırıb ki, Prezident İlham Əliyev tərəfindən ölkədə idmanın, o cümlədən, paralimpiya hərəkatının inkişafına yüksək diqqət və qayğı göstərilir: “Dövlət başçısının uğurlu sosial siyasətinin bir istiqaməti kimi əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası, aktiv həyat tərzinin təmin olunması, idman qabiliyyətlərinin dəstəklənməsi üçün aparılan geniş miqyaslı işlər ölkədə paralimpiya hərəkatının böyük uğurlara imza atmasına imkan yaradıb”.

S.Babayev bildirib ki, son illərdə ölkəmizdə fiziki məhdudiyyətli insanların fiziki və zehni inkişafına kömək edən boccia idman növünə marağının artması müsbət tendensiyadır. Dövlət tərəfindən bu istiqamətdə ardıcıl dəstək verilməkdədir. Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşələrə yiyələnən fiziki məhdudiyyətli gənclər arasında bocciaya maraq göstərənlər bu idman növü üzrə hazırlığa cəlb olunur, bacarıqlarını artırmalarına şərait yaradılır. Boccia üzrə komandanın üzvləri Mərkəzin idman zalında müntəzəm məşqlər edir, yarışlara hazırlaşırlar.

Nazir qeyd edib ki, hazırda boccia üzrə millinin bir çox üzvləri, eyni zamanda, İtaliyada keçirilən beynəlxalq səviyyəli Açıq Regional Çempionatda ölkəmizə qızıl medal qazandırmış Bəhruz Mirzəyev özü də əvvəllər Mərkəzə peşə təliminə cəlb edilən gənclərdəndir.

CEYHUN

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.