../img/pics/medium/124493_k4lmsdm962.jpg Səməd Vurğun və Maqsud Şeyxzadə: XX yüzilin poetik obrazını yaradanlar
../img/pics/medium/124491_us6df0nqda.jpg DOST Agentliyinin fəaliyyəti üçün əsas hüquqi platforma təmin edilib
../img/pics/medium/124486_5xxkcn0ock.jpg Qaşqarlı hekayə müsabiqəsinin Azərbaycan üzrə qalibləri mükafatlandırıldı - Foto
../img/pics/medium/124485_4xbn5mhrtw.jpg "Uzun sevda yolu"nun böyük iztirabları
SON XƏBƏRLƏR
12 Dekabr 2018
11 Dekabr 2018

Fədayə Laçına 6 il həbs istənildi

Fədayə Laçına 6 il həbs istənildi<b style="color:red"></b>

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar Xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib.

Prokuror Ceyhun Səmədovun 10 il, Fuad Hacıyevin 8 il 6 ay, Tural Poladxanovun 8 il 6 ay, Bəhruz Abdullayevin 10 il, Əli Ağaminin 20 il, Məhəmməd Hacıyevin 8 il, Günay Atakişiyevanın 7 il, İsrafil Soltanovun 8 il, Şahlar Bəyəlizadənin 8 il, Anar Əsgərovun 8 il, Tərlan Zeynalovun da 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror müğənni Fədayə Laçının isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. “Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.

Xatırladaq ki, cinayət işi üzrə 13 nəfər təqsirli bilinir, 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər müğənni F.Laçın, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, Penitensiar Xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.

İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə təqsirləndirilən şəxs qismində daha 12 nəfər həbs edilib.


 
Bölmənin digər xəbərləri
“Dünya gözəli-2018” yarışmasının qalibi məlum oldu “Dünya gözəli-2018” yarışmasının qalibi məlum oldu
Çinin Sanya şəhərində keçirilən “Dünya gözəli-2018” müsabiqəsinin qalibi bəlli olub....
08.12.18
Castin Biber evləndi Castin Biber evləndi
Kanadalı müğənni Castin Biber amerikalı model və teleaparıcı Heyli Bolduinlə ailə həyatı qurduğunu bildirib. ...
18.11.18
Aktyor Alek Bolduin Nyu-Yorkda saxlanıldı Aktyor Alek Bolduin Nyu-Yorkda saxlanıldı
Hollivud aktyoru Alek Bolduin Nyu-Yorkda polislər tərəfindən saxlanılıb....
03.11.18
Fədayə Laçının məhkəməsində şahid ifadələri yekunlaşdı Fədayə Laçının məhkəməsində şahid ifadələri yekunlaşdı
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı...
08.10.18
İlhamə Quliyevanın oğlu həbs edildi İlhamə Quliyevanın oğlu həbs edildi
Mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov həbs edilib. ...
07.10.18
Türkiyə gözəli kim oldu? Türkiyə gözəli kim oldu?
"Miss Türkiyə 2018" gözəllik müsabiqəsinin qalibi açıqlanıb. ...
25.09.18
Fədayə Laçının məhkəməsi davam edir Fədayə Laçının məhkəməsi davam edir
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı...
24.09.18
Rihanna Barbadosun səfiri təyin edildi Rihanna Barbadosun səfiri təyin edildi
Robin Fenti (Rihanna), Barbadosun fövqəladə və səlahiyyətli səfiri təyin edilib....
22.09.18
Castin Biber evləndi Castin Biber evləndi
Müğənni Castin Biber model sevgilisi Hayli Boldvinlə evlənib....
16.09.18
Fədayə Laçının məhkəməsinə şahidlər məcburi gətiriləcək Fədayə Laçının məhkəməsinə şahidlər məcburi gətiriləcək
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı...
13.09.18
Fədayə Laçının məhkəməsi davam etdirilib: Fədayə Laçının məhkəməsi davam etdirilib: "Çox vaxt daxili rejim qaydalarını pozurdu"
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı...
10.09.18
"Amerika gözəli" bəlli oldu
ABŞ-da "Amerika gözəli-2019" müsabiqəsi keçirilib....
10.09.18
Türkiyəli ulduzlar Bakıda gizlincə evləndi? Türkiyəli ulduzlar Bakıda gizlincə evləndi?
Türkiyəli ulduzların Bakıda toy şəkilləri yayılıb....
07.09.18
Fədayə Laçının məhkəməsində: Fədayə Laçının məhkəməsində: "Açarı Fədayəyə verəcəkdim..."
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib....
03.09.18
Mert Fırat və Aslı Tandoğan Arif Məlikovun “Məhəbbət əfsanəsi”ndə Mert Fırat və Aslı Tandoğan Arif Məlikovun “Məhəbbət əfsanəsi”ndə
Sentyabrın 1-də Ankaranın Opera və Balet Teatrında Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” üçpərdəli baleti nümayiş olunub. ...
03.09.18
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.