Tanınmış Türkiyə yazıçısı Dursun Kuveloğlunun "Şahsənəm" romanı Azərbaycan dilinə tərcümə olunub.
525.az-ın məlumatına görə, Azərbaycanda Atatürk Mərkəzinin layihəsi əsasında nəşr olunan kitabın tərcüməçiləri Elmin Nuri və Cavid Qədirdir.
"Elm və təhsil" Nəşriyyatında işıq üzü görən kitabın məsləhətçisi "525-ci qəzet"in baş redaktoru, şair Rəşad Məcid, redaktoru şair Dəyanət Osmanlı, ön sözün müəllifi akademik Nizami Cəfərovdur.
Əsər Osmanlı dövlətinin son dönəmlərindən başlayaraq (1990-1970-ci illərdə) erməni diasporunun yaranması, ermənilərin türklərə qarşı törətdikləri saysız-hesabsız vəhşiliklərdən bəhs edir.
Romanda 1915-ci il hadisələrində ailəsini itirən, yurdsuz-yuvasız qalan Şahsənəm adlı qızcığazın uşaq yaşlarından qocalanadək sürdüyü ömür yolu təsvir olunub.