İctimai Televiziya və Radio Yayımları Şirkətində daha bir kadr dəyişikliyi baş verib.
İTV-nin İctimaiyyətlə Əlaqələr Departamentindən Lent.az-a verilən məlumata görə, televiziyanın “Carçı film” yaradıcılıq birliyinin direktoru Qərənfil Xəlilova öz xahişi ilə YB-nin rəhbəri vəzifəsindən azad olunaraq, “Carçıfilm”-ə direktor müavini təyin olunub.
Hələlik adıçəkilən Yaradıcılıq Birliyinə yeni rəhbər təyin edilməyib.