- Ey mənim göyçək yarım,
Ömrümüz sonbahardı
Mənim ağbirçək yarım.
Dəlisov gəncliyimi
Bu gün yada salmışam.
Sənin üçün bir dəstə
Qızılgüllər almışam.
Yaman hirsləndi qarım:
- Eh... sən Allah, qoy görək
Biz yaşlı adamlarıq,
Gül-çiçək nəyə gərək.
Daha can o can deyil,
Gündə yüz havası var.
Dərmanı-davası var...
Bu puldu, xəzəl deyil.
- Doğrudur, xəzəl deyil,
Pul səndən özəl deyil.
- Yaşlı-başlı adamsan
Ehtiyat pulun olsun.
- Mən sənə gül aldım ki,
Pul sənin qulun olsun.
Sənə gül aldım ki, mən
Gül görüb üzün gülər...
Sən elə sözlər dedin,
Əlimdə soldu güllər.
04.11.2018