|
|
|
|
Ermənistan Müdafiə Nazirliyinə məxsus yük avtomobilinin qəzaya uğraması nəticəsində 4 erməni əsgəri həlak olub.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, qəza Qoris rayonunda baş verib.
Həlak olanların dördü də 1988-ci il təvəllüdlü əsgərlər olub.
Bundan başqa, qəza nəticəsində bir neçə hərbçi xəsarət alıb. Onların xəstəxanalara yerləşdirildiyi deyilir.