https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
28 Mart 2024

Bakı gələn il keçiriləcək Avropa Olimpiya Gənclər Festivalına hazırdır

Bakı gələn il keçiriləcək Avropa Olimpiya Gənclər Festivalına hazırdır

İspaniyanın Marbella şəhərində Avropa Olimpiya Komitəsinin sayca 47-ci iclası öz işinə başlayıb.

Trend-in məlumatına görə, Azərbaycanı bu tədbirdə gənclər və idman naziri Azad Rəhimov təmsil edir.

Nazir toplantıda Bakı şəhərinin 2019-cu ildə 20-28 iyul tarixlərində ev sahibliyi edəcəyi Avropa Olimpiya Gənclər Festivalına hazırlıqlarını əks etdirən təqdimat ilə çıxış edib.

A.Rəhimov bildirib ki, 3600 idmançının qatılacağı yarışlar üçün Atletlər kəndində 6 bina nəzərdə tutulub. Ümumilikdə idmançıların 10 (atletika, basketbol, velosiped, gimnastika, həndbol, cüdo, güləş, üzgüçülük, tennis, voleybol) idman növündə mübarizə aparacaqlarını qeyd edən nazir yarışların 12 idman arenasında keçiriləcəyini diqqətə çatdırıb.

Gənclər və idman naziri yarışlara 50 Avropa ölkəsinin qatılacağını bildirərək, 48 ölkənin nümayəndə heyətinin rəhbərlərinin (Shef de Mission) bu gün üçün iştiraklarına təsdiq verdiklərini vurğulayıb.

İdman yarışlarının ayrılmaz qüvvəsi sayılan könüllülər haqqında da danışan nazir 2500 nəfərin yarışlara cəlb olunacağını bildirib.

Qeyd edək ki, "Bakı 2019"un rəsmi internet səhifəsi www.eyeofbaku2019.com-dur. Yarışın açılış mərasimi 21 iyul 2019-cu il tarixdə Crystal Hall-da gerçəkləşəcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.