Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih OPEC-in ləğv olunacağı ilə bağlı məlumatları təkzib edib.
“Report” bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Mən sizi əmin edə bilərəm ki, OPEC-in ləğv olunması planları yoxdur”,- nazir bildirib.
Qeyd edək ki, ötən həftə “The Wall Street Journal” nəşri Səudiyyə Ərəbistanının Kral Abdulla Neft Araşdırmaları mərkəzinin OPEC-in dağılması ehtimalını və bunun neft bazarı üçün mümkün nəticələrini araşdırdığı barədə məlumat yaymışdı.